Dünya neft qiymətləri son iş həftəsini demək olar ki, iki ilin ən yüksək artımı ilə başa vurub.
Həftənin nəticələrinə əsasən, “Brent” markalı neftin qiyməti 14,5% artaraq bir barelə üçün 118,11 ABŞ dolları təşkil edib. WTI markalı neftin qiyməti isə 20,9% artaraq 115,68 dollara çatıb.
Qeyd edək ki, belə həftəlik dinamika sonuncu dəfə 2020-ci ilin may ayında qeydə alınıb.