image-1-9-2backend

Nəsimi rayonunda 18 may- Beynəlxalq Muzeylər günü münasibətilə ekskursiya təşkil olunub.

image-reklam_sirab_01

18 may – Beynəlxalq Muzeylər Günü münasibətilə Nəsimi rayon məktəblilərinin Milli Azərbaycan tarixi muzeyinə ekskursiyası təşkil olunub. Muzeydə şagirdlər Azərbaycan xalqının qədim dövrdən bu günədək tarixini əks etdirən etnoqrafik və arxeoloji eksponatlarla,​ mədəniyyət abidələri, orta əsr Azərbaycan qadınlarına məxsus zinət əşyaları və geyim formaları ilə yaxından tanış olublar. Azərbaycan ərazisində mövcud olmuş​ dövlətlərə aid maddi və mədəniyyət nümunələri ölkəmizin qədim dövlətçilik ənənələrindən xəbər verirdi.

Sonra şagirdlər Hacı Zeynalabdin Tağıyevin həyatını və fəaliyyətini əks etdirən fotoşəkillər, tarixi sənədlər, ona məxsus ev​ əşyalarları,​ indiyədək qorunub saxlanılan iş otağı və kitabxanası ilə də tanış oldular.

Azərbaycan tarixinin bütün mərhələlərini əks etdirən​ eksponatlar şagirdlərimizdə tarix elmi haqqında​ biliklərin daha da möhkəmlənməsinə səbəb oldu.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki