image-eli-nagiyevbackend

Novella Cəfəroğlu Əli Nağıyevə müraciət etdi

image-reklam_sirab_01

Birləşmiş Böyuk Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Azərbaycan səfirliyi bir grup radikal dini dəstənin hucumuna məruz qalmışdır! Ən çox məni ağrıdan bizim bayrağımızı yerə atıb, öz dini bayraqlarını qaldırmaqlarıdır!

 

Vətəninfo.az xəbər verir ki,bu açıqlama ilə hüquq müdafiəçisi Novella Cəfəroğlu çıxış edib.

Novella Cəfəroğlu açıqlamasında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-polkovnik Əli Nağıyevə də müraciət edib: “ Mənim müraciətim ən birinci çox hörmət etdiyim Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-polkovnik  cənab Əli Nağıyevədir. Azərbaycanda o dini qrupun nümayəndələri var və sizlərdən xahiş edirəm bir Azərbaycanı seven vətəndaş kimi onların zərərsizləşdirilməsinə,tezliklə aradan qaldırılmasına nail olasınız. Azərbaycan bu illərdə böyük dövlətlərin miqyasına cıxıb, bu da çox qısqanclıq yaradır. Belə təxribatları lap elə ölkə daxilində də edə bilərlər”. Novella Cəfəroğlu qeyd edib ki,Venesiya konvensiyasına istinad edərək diplomatların və diplomatik binaların təhlükəsizliyini təmin edilməsi olmalıdır və etməyə borcludurlar: “Biz bu gün bütün Azərbaycanda olan səfirləri qoruduğumuz  kimi, bizim səfirlər də bütün ölkələrdə qorunmalıdır”.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki