image-ordubackend

Ölkəmizin şərtsiz hərbi üstünlüyünü təsdiq edən Bəyanat.

image-reklam_sirab_01

2020-ci ili əvvəli nisbətən sakit başlasa da, Qarabağ ərazisində vəziyyət siyasi aktiv keçib. İlin sonunda baş verən müharibə zamanı Azərbaycanın Ali baş komandanı İlham Əliyev onların bu hərəkətlərini dəfələrlə çıxışlarında tənqid edib və müharibə üçün qıcıqlandırıcı hal kimi qələmə verib. Hər iki ölkənin hərbi nazirlikləri arasında birbaşa əlaqə qurulub, təmas xəttində isə snayper duellərinin və atəşkəs pozuntularının sayı rekord həddə azalıb. Bunu beynəlxalq ekspertlər və müşahidəçilər bildirib. Bu zaman Azərbaycan bir neçə dəfə Ermənistanın danışıqlardan imtina etdiyini bildirib. İlham Əliyev Ermənistanın müharibəyə hazırlaşdığını isə beynəlxalq tədbirdə bəyan edib.
2020-ci ilin iyulunda Dağlıq Qarabağla birbaşa əlaqəsi olmayan Tovuz rayonu istiqamətində Ermənistan və Azərbaycan arasında dövlət sərhəddində döyüşlər başlayıb. Hərbi əməliyyatlar geniş miqyas almasa da artilleriya istifadə olunub, daha çox yüksəkliklər uğrunda mövqe döyüşləri gedib.
Tovuz döyüşlərindən sonra Azərbaycanda Rusiyadan və Serbiyadan Ermənistana silah-sursat daşınması geniş müzakirə edilib. Qarabağ münaqişəsinin tarixində ilk dəfə olaraq Azərbaycan Prezidenti İlham Əliyev Vladimr Putinlə telefon danışığında Rusiyadan Ermənistana “hərbi təyinatlı” yüklərin daşınması ilə bağlı öz narazılığını bildirib.Ölkədə hərbi hərəkətlilik hiss olunub və bu ərəfədə Türkiyə-Azərbaycan hərbi təlimləri keçirilib.
Sentyabrın 27-də səhər saatlarında Azərbaycan Müdafiə Nazirliyi cəbhədə Ermənistan tərəfindən təxribat törədilməsi nəticəsində ölən və yaralıların olduğu barədə bəyanat yayıb. Bundan sonra Azərbaycan tərəfi əks hücum əməliyyatlarına başladığını bildirib.Müharibəni yekunlaşdıran Azərbaycanın Şuşa şəhərini işğaldan azad etməsi olub. Noyabrın 10-da gecə saatlarında gözlənilmədən Ermənistan, Azərbaycan və Rusiya Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə birgə bəyanat imzalayıb. Atəşkəs razılaşması onlayn formatda Rusiya Prezidenti Vladimr Putin və Azərbaycan Prezidenti İlham Əliyev arasında imzalanıb. Video formatlı görüşə Nikol Paşinyan qatılmayıb.Azərbaycanda bu razılaşma qələbə, Ermənistanda isə kapitulyasiya kimi qəbul edilib. Müharibənin bitməsi və 9 noyabr axşamı erməni qüvvələrinin nəzarətində olan ərazilərin təslim edilməsi xəbəri Yerevanda xalqın qəzəbinin alovlanmasına səbəb olub.Deputatlar evlərini tərk etməkdən qorxdular və Baş nazir bir neçə gün ərzində ictimaiyyət qarşısına çıxmadı.
Sazişə görə Rusiya Dağlıq Qarabağa 1960 nəfər sülhməramlı hərbçi və helikopterlər, dronlar da daxil olmaqla yüzlərlə digər texnika da göndərib.
Bəyanatın şərtləri:
1. 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunur. Bundan sonra Tərəflər adlandırılacaq Azərbaycan Respublikası və Ermənistan Respublikası hazırda tutduqları mövqelərdə qalacaqlar.
2. 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu Azərbaycan Respublikasına qaytarılır. 3. Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir.
4. Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır.
5. Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır.
6. Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytarır. Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 kilometr enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır. Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir.
7. Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır.
8. Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir.
9. Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək.
Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri, Rusiya Federasiyasının Prezidenti

Azərbatcan Dillər Universiteti-İbadova Fidan

 

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki