Bakının Nizami rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb.
Qəza Mehdi Abbasov küçəsində baş verib.
1963-cü il təvəllüdlü Aslanov Azər İsgəndər oğlu yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub.
A.Aslanov qapalı kəllə-beyin travması və sol dizin sınığı diaqnozu ilə xəstəxanın müştərək travma şöbəsinə yerləşdirilib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.