image-download-1backend

 “Qarabağ Dirçəliş Fondu”

image-reklam_sirab_01

                 

Azərbaycan Xalqı 2021 ci ilə şanlı qələbəsi ilə daxil oldu. Ölkənin ərazi bütövlüyünü bərpa olunması, dövlətimizin bir daha beynəlxalq arenada və milli-mənəvi dəyərlərin aliliyi prinsiplərinə sadiq olduğunu bütün dünyaya nümayiş etdirdi. İşğal olunmuş toraqların azad olunması ilə yeni bir tarixə qədəm qoyuruq.  İşğaldan azad edilmiş ərazilərimizin yenidən həyata qaytarılması Azərbaycanın siyasi-iqtisadi suverenliyinin daha da gücləndirilməsi yönümündə mühüm əhəmiyyət kəsb edir. Bu bölgələrdə yenidən məskunlaşma həyata keçiriləcək, insanlarımızın layiqli yaşayışı və ümumi iqtisadiyyat təmin ediləcəkdir. Qarabağda və ətraf rayonlarda həyata keçiriləcək quruculuq-bərpa işləri ölkəmizin sosial-iqtisadi inkişafının əsaslarını daha da möhkəmləndirilməsinə xidmət edəcək.  Bu quruculuq işlərinə dəstək vermək hər bir Azərbaycanlının arzusu və şərəf borcudur.  Çünki bu dəstək həm də bizim hər birimizin qələbəmizə, qüdrətli və güclü Azərbaycan naminə milli birlik ideyasına, suveren və təhlükəsiz yaşamaq məqsədimizə mühüm töhfəsi olacaq. Məhz elə bütün bu vacib məqamları nəzərə alaraq Ölkə Prezidenti cənab İlham Əliyev 2021-ci il yanvar ayının 4-də “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında Fərmanı imzaladı. Yeni yaradılan bu Fond Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini də xüsusi rolu olacaqdir. Beynəlxalq təcrübədə post-konflikt bərpa fondları münaqişə nəticəsində dəymiş ziyanın təhlili, post-konflikt ərazilərinin minalardan təmizlənməsi, infrastrukturun bərpası, səhiyyə və təhsil kimi xidmətlərin bərpası, məcburi köçkün icmalarının evlərinə qaytarılması, iqtisadi bərpa kimi bir çox məsələləri əhatə edir. Bu Fərmanla yaradılan “Qarabağ Dirçəliş Fondu” bütün bu məsələləri əhatə etməklə geniş funksionallığa malikdir. Fərmanda da göstərilir ki, Fondun yaradılmasında əsas məqsəd işğaldan azad olunmuş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsidir.  Digər tərəfdən yaradılan yeni Fond 44 günlük Vətən müharibəsi dövründə bir yumruq olan xalqın Qarabağın bərpasında da birlik və iştirakının təminatçısı olacaq. Post-konflikt dövrünün bərpası böyük maliyyə vəsaiti və resursların səfərbərliyini tələb edən uzunmüddətli bir prosesdir. Buna görə, bu mərhələdə iqtisadi güclərin birləşdirilməsi bu prosesi sürətli, şəffaf və səmərəli formada həyata keçirilməsinə şərait yaradacaq. Dövlətin maliyyə və iqtisadi resursları sərhədsiz olmadığını nəzərə alsaq, müxtəlif layihələrdə özəl institutların bu prosesə cəlb olunması iqtisadi bərpa prosesini həm  tezləşdirə və eyni zamanda qurulan infrastruktur layihələrinin müasirliyini və rəqabət qabiliyyətliliyini  artıra bilər. Fondun əsasnaməsində yer alacaq əsas məsələlərdən biri maliyyələşmə mənbələri ilə bağlıdır. Fərmana əsasən “Qarabağ Dirçəliş Fondu”nun əsas maliyyə vəsaitləri fiziki və hüquqi şəxslərin ianələri, qrantlar və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşır. 2021-ci ilin dövlət büdcəsində əsaslı xərclər üçün nəzərdə tutulan vəsaitin 2,2 milyard manatı işğaldan azad olunan tarixi ərazilərimizə böyük qayıdışın təmin edilməsinə xərclənəcəkdir. Məlum olduğu kimi, erməni vandallarının 30 il ərzində yaşayış və ictimai binaları yerlə-yeksan edərək dağıtması, bütün infrastruktur obyektlərini, maddi-mədəniyyət abidələrini məhv etməsi, yeraltı sərvətlərimizi vəhşicəsinə talan etməsi  nəticəsində dəymiş ziyanın aradan qaldırılması və həmin ərazilərə yenidən həyatın və iqtisadi inkişafın qayıtması böyük vəsait tələb edir. Dövlət büdcəsinin resurslarının məhdud olduğunu nəzərə alsaq bu prosesdə büdcədən kənar vəsaitlərin də cəlb olunması Qarabağa qayıdışımızı sürətləndirəcək. Fondun vəsaitləri fiziki və hüquqi şəxslərin ianələri, qrantlar və qanunla qadağan olunmayan digər mənbələr hesabına. Birmənalı olaraq qeyd edilməlidir ki, “Qarabağ Dirçəliş Fondu”nun yaradılması Azərbaycan xalqının Qarabağa möhtəşəm qayıdışı istiqamətində dövlətimiz tərəfindən atılan ən əhəmiyyətli addımlardan biridir. Düşmən bu torpaqların əsl sahiblərini dünyadan gizlətmək üçün əlindən gələni edib. Lakin bütün bunların bir nəticəsi olmadı. Vətən torpağı düşmən tapdağı altında əbədi qala bilməzdi və qalmadı. Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi, biz öz torpaqlarımızı şəhidlərimizin qanı bahasına azad etdik. Bu gün isə həmin torpaqları alnımızın təri ilə yenidən dirçəltməyə başlayırıq. Qarşıda bizi irimiqyaslı quruculuq-bərpa işləri gözləyir və bu işlərdə də öz payı olduğunu görmək hər kəsin arzusudur. Lakin belə məsələlərdə pərakəndəlik də qətiyyən yolverilməz bir haldır. elə bu baxımdan da “Qarabağ Dirçəliş Fondu”nun yaradılması müstəsna əhəmiyyət kəsb edən bir hadisədir. “Qarabağ Dirçəliş Fondu” 2021-ci ildə Azərbaycan xalqının birlik və həmrəylik rəmzlərindən birinə çevriləcək və məhz bu Fondun dəstəyilə işğaldan azad edilmiş rayon və bölgələrimiz ən qısa zamanda respublikamızın inkişaf etmiş regionları sırasında öz layiqli yerlərini tutacaqlar. Qarabağın yenidən qurma proqramı beynəlxalq maliyyə qurumlarının, yerli və xarici investorların, kommersiya banklarının vəsaitlərinin bu prosesə cəlb olunmasını özündə ehtiva edir.

 

 

Nəsimi rayonu

AlıyevFariz

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki