Qaz paylayıcısı tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi qaydası hazırlanacaq.
Veteninfo.az xəbər verir ki, bu Nazirlər Kabinetinin müvafiq sərəncamında əksini tapıb.
Sərəncama əsasən, Energetika Nazirliyi Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla:
– Qaz təchizatı haqqında” qanuna uyğun olaraq, müayinə və texniki xidmət məlumatları üzrə reyestrin aparılması və ondan istifadə qaydasının layihəsini üç ay müddətində Nazirlər Kabinetinə təqdim etsin;
– qaz paylayıcısı tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi qaydasının layihəsini üç ay müddətində Nazirlər Kabinetinə təqdim etsin;
– müayinənin və texniki xidmətin həyata keçirilməsinə monitorinqin keçirilməsi qaydasının layihəsini üç ay müddətində Nazirlər Kabinetinə təqdim etsin;
– ixtisaslaşmış podratçılara verilən ixtisas attestatının formasını, onun verilməsi, qüvvədəolma müddətinin dayandırılması və ya ləğv edilməsi, eləcə də ixtisaslaşmış podratçıların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi qaydasının layihəsini üç ay müddətində Nazirlər Kabinetinə təqdim etsin;
-qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair tələbləri barədə təkliflərini dörd ay müddətində Nazirlər Kabinetinə təqdim etsin;
-qaz qurğularının qazın atmosferə buraxılmamasına, habelə qazın təzyiqinə, temperaturuna, tərkibinə və digər göstəricilərinə dair tələbləri barədə təkliflərini dörd ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
-, tüstü bacalarının istismarında təhlükəsizlik texnikası qaydasının layihəsini dörd ay müddətində Nazirlər Kabinetinə təqdim etsin.