Qazaxıstan altı ay müddətinə ölkədən xaricə şəkər tədarükünə qadağa tətbiq edib.
Veteninfo.az xarici mətbuata istinadən xəbər verir ki, müvafiq əmri ölkənin kənd təsərrüfatı naziri imzalayıb. Onun rəhbəri olduğu nazirliyə müvafiq qadağanın tətbiqi barədə qanunvericiliklə müəyyən olunmuş qaydada Avrasiya iqtisadi komissiyasını məlumatlandırmaq tapşırılıb.
Qadağa əmrin rəsmi olaraq dərc olunduğu tarixdən 10 təqvim günü keçəndən sonra qüvvəyə minəcək.
Qeyd edilir ki, Qazaxıstanda istehlak olunan şəkərin 58 %-i xaricdən gətirilir.