image-1backend

Qədim Eniana şəhəri-Sovetlər niyə Qarabağda axtarışları dayandırıb, tapıntıları gizlətdilər?

image-reklam_sirab_01
Ağdam Qarabağa daxil olan rayon olmaqla yanaşı Bütöv Azərbaycanın ən qədim ərazilərindən biri sayılır. Eşitdiyimə görə dövlət Ağdam tarixini yazmaq üçün bir neçə nəfərə kifayət qədər maliyyə ayırıb. Xeyirli olsun. Yazılan qalır. Lakin Ağdamın, Qarabağın tarixinə aid çoxsaylı məqalələr, kitablar müəllifi olaraq bu kitabı mütləq incələyəcəm. Qədim əlyazma, qaynaq, sənəd və arxivə, daş abidələrə istinad edilmədən yazılan kitab Ağdamın tarixi ola bilməz.
Ağdamın qədim ərazi olmasını sübut edən faktlardan birincisi də dünya tarixində ilk dəfə olaraq ən qədim buğdanın Əfətli kəndində yerləşən Çalağan təpəsindən tapılması bizə bu qərara gəlməyimizə şərait yaratdı. 7 min il yaşı olan Buğdanın burda tapılması göstərir ki, Ağdam qədimdən insanların yaşayış məskənlərindən biridir. Ağdamın adı ilə bağlı çox versiya var, lakin ərazidə olan daş abidələr, məskən adları, arxeolji qazıntılar zamanı aşkar edilən mədəni irsə məxsus tapıntılar göstərir ki, bu adın mənası fərqlidir.
Ağdamın qədim ərazi olmasını sübut edən ikinci fakt bu ərazidə arxeoloji axtarışlar zamanı sovet dövründə kəşf edilən, bütün infrastrukturu ilə təmin edilən Eniana şəhərinin olmasıdır. Orta əsr mənbələrində Yunan Íōnes şəhəri kimi də qeyd edilir.
Məşhur yunan-Roma coğrafiyaçısı Strabon əsərlərində qeyd edir ki, Xəzər dənizi yaxınlığındakı dağın ətəyində vitilərin ərazisində enianlar möhkəmlənmiş şəhər salaraq, onu Enian adlandırdılar. Burada onlar yunan silahlarını, mis qabları və qəbirləri nümayiş etdirirdilər. Bu fakt Enianın həqiqstən də yunanlar tərəfindən salındığını sübut edir. Bəlkə də onlar şəhərin əsasını qoyan yunanların və yerli sakinlərin əcdadlarıdır. Amma enianlar qonşu xalqların yaddaşına elə yerli əhaliyə verilmiş yunan adı ilə həkk olundu. Vitilər erkən orta əsrlərdəki utilər və müasir udinlər idi. O zaman onlar Qarabağ düzənliyində məskunlaşmışdılar.
Buradan belə nəticə çıxır ki, Eniana özü də Ağdam rayonu ərazisinə daxil olub. O qədər də böyük olmayan bir rayonun ərazisində son 20 əsr ərzində coğrafiyaçı və tarixçilərin diqqətini bu və digər dərəcədə cəlb edən şəhərlər mövcud olub. Onlardan birincisi Enian adını almış Azərbaycan İsgəndəriyyəsidir. Sonra bu ad Aluen və ən sonda Yunanla əvəzlənib. Gövürqalanın eradan əvvəl III əsrdən deyil, eramızın III əsrindən mövcud olması faktı isə onun lazımı səviyyədə öyrənilməməsi ilə bağlıdır. Bu fakt başqa cür də izah oluna bilər. Orta əsrlərdə şəhərlərin işğalı zamanı yerli sakinləri qarət edir və öldürürdülər. Buna görə həmin vaxt şəhər camaatı qaçıb ətrafdakı meşə və çöllərdə gizlənirdilər. Qoşunlar çıxıb gedəndən sonra isə yerli sakinlər heç də geri qayıtmır, gizləndikləri yerdə şəhər salıb yaşamağa başlayırdılar. Bundan əlavə, hökmdarlar da bu və digər səbəbdən şəhər sakinlərini başqa yerlərə köçürürdülər. Bu cür hadisələrlə tarixdə dönə-dönə qarşılaşmışıq. Məsələn, hazırkı Gəncə Nizaminin yaşadığı Gəncədən 5 km, Şəmkir isə orta əsrlərin Şəmkirindən 1520 km aralıda yerləşir.
Beləliklə, deyə bilərik ki, Ağdam bir yaşayış məskəni kimi Makedoniyalı İsgəndərin yürüşlərinin təsadüf etdiyi e.ə. IV-III əsrlərdə də olub.
Sonradan burada yerli əhali məskunlaşsa da, qonşu xalqlar üçün yunanların şəhəri kimi qalıb. Eniana şəhərinin adı da buradan götürülüb. E.ə.III əsrədək şəhər Kiçik Qafqazın qapısı rolunu oynayıb. Onların zənnincə, IX və X əsrlərdə Beyləqandan Yunan şəhərinədək olan məsafə 7 fərsəng və ya bir günlük yol olub. Yunandan Bərdəyə qədər olan məsafə də elə bu qədər olub. 1 fərsəng isə təqribən 7 km-ə bərabərdir. Buradan belə nəticə çıxır ki, Yunanla Bərdə və Beyləqan birbirindən 50 km (7 km x 7 fərsəng) aralıda yerləşib. Bərdə ilə Beyləqan arasındakı məsafə 100 km, Bərdə ilə Örənqalanı birləşdirən quru yolun uzunluğu isə 60 km təşkil edib. Amma ticarət yolları üzərində yerləşən şəhərlər arasındakı məsafə daha dəqiq hesablanırdı. Bunu Azərbaycanın şəhərləri ilə Yaxın və Orta Şərq arasındakı məsafələr barədə qeydlər də sübut edir. Odur ki, 14 fərsəngi (100 km) 8,5 fərsəng (60 km) kimi qəbul edib, 40% səhv etmək mümkün deyildi. Bundan əlavə, iki şəhər arasındakı məsafə indinin özündə də onları birləşdirən yolun uzunluğu ilə ölçülür. Bunu nəzərə alan tədqiqatçılar Bərdə və Beyləqandan 50 km (7 fərsəng) aralıda axtarışlara başlayırlar. Onlar düşünürlər ki, şəhər Bərdə və Beyləqandan şərqdə yerləşə bilməzdi. Deməli, söhbət qərb ərazilərdən, Kür çayının o tayından gedirdi. Kürlə isə ticarət yolu yalnız Bərdədən sonra kəsişir. Bu müddəaları nəzərə alaraq, arxeoloqlar Yunan şəhərinin məhz Ağdam ərazisində yerləşməsi qərarına gəlirlər. Maraqlıdır ki, Ağdamda orta əsr şəhər yerinə bənzər ərazi mövcuddur. Bu, Ağdamdan 18 km şimal-qərbdə Boyəhmədli kəndindəki Gövürqaladır. Eyni zamanda buranı ərəb səyyah və tədqiqatçıları Yunan şəhəri də adlandırıb. Kufi (IX əsrin sonu – X əsrin əvvəlləri), İstəxri (X əsrin birinci yarısı), İbn Haukal (X əsrin ikinci yarısı), Müqəddəsi (X əsrin ikinci yarısı) və Yakut (əvvəlləri) XIII əsr) əsərlərində buna rast gəlmək olar.
Arxeoloji qazıntılar zamanı buradan muncuq, toxuculuq alətləri, daşdan tikilən evlər, bütpərəstliyə və xristianlara məxsus mə’bədlər, qəbiristan və s. aşkar edilmişdir. Tapıntılar içərisində Suriyada hazırlanmış şüşədən olan ətir qabı, Bizans imperatoru I Anastasinin (491-581) pulu və digər əşyalar da vardır. Əgər Govurqalada aşkar olunmuş bu qalıqlar erkən orta əsrlər dövrü üçün səciyyəvidirsə, ondan bir qədər Cənubda “Xırmanlar yeri” deyilən sahədə tədqiq edilmiş əzəmətli məbəd kompleksi son antik dövrə aiddir. Bu məbəd iri çiy kərpiclərdən hörülmüş bir neçə otaqdan və ümumi sahəsi təxminən 210 kv m. olan salondan ibarətdir.
Kompleksin divarlarının qalınlığı 2,1 metrdir.
Və maraqlı hadisələr bundan sonra başlanır. Tarixçi alim Rəhim Vahidov və arxeoloq alim Rəşid Göyüşov buranı tədqiq edən ilk alimlərdəndir. Onlar burada dünyada nadir hallarda rast gəlinən şəhər modelinin olduğunu qeyd edirlər. Şəhərə bulaq suyu keramika borularla verilirdi. Kanalizasiya sistemi qurulmuş, daş yolları var idi. Evlərin tikilişi elə formada idi ki, müasir şəhər standartlarına uyğun gəlirdi. Sovetlər dərhal bu axtarışları dayandırlar. Çünki ortaya çıxacaq fakt Qarabağın ən qədim türklərin yaşadığı məskən olaraq üzə çıxacağını sübut edəcək idi. Burda tapılan əşyalar nəinki Yunan mədəniyyəti ilə bağlı idi, ondan da qat-qat öncələrə aid türklərə məxsus idi. Dərhal burada axtarışlar dayandılır və istiqamət Qalatəpə və Beyləqan ərazisinə yönləndirilir və Enian şəhəri adı sənədlərdən silinməyə cəhd edilir. Sovetlərin qorxduğu faktlar onunla bağlı idi ki, Eniana şəhərinin axtarışları davam etsə bu coğrafiyanın barəsində yazdıqları saxta tarixlər ifşa edilə bilərdi. Burada tapılan bəzi əşyalar sovet-rus-erməni tarixçilərinin illərlə “sübut” etməyə çalışdıqları faktları alt-üst edirdi. Moskvadan gələn xüsusi qrup ciddi təyziq göstərərək şəhərlə bağlı müəyyən tapıntıları dərhal özləri ilə apardılar və bir daha burada axtarış edilməməsi tapşırığını verdilər.
İşğal dövründə ermənilər burada “Tiqaranakert” axtarışları edirlər və yüzlərlə arxeoloji tapıntını özləri ilə aparırlar. Şəkildə görə bilərsiniz.
Şəhərin Yunan adı ilə bağlı olması onun əhalisinin yunan olması demək deyil idi. Burda sarmatlar, alban ittifaqına daxil olan türk tayfaları, utilər, kaspilər də yaşayıblar.
Zaur Əliyev, dosent

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki