image-3backend

Avrora şirkəti “İstisu” təbii mineral sularının rəsmi distribütoru oldu

image-reklam_sirab_01

“Avrora” MMC və “İstisu” mineral su zavodu arasında partnyorluq haqqında müqavilə imzalanıb.

Vətəninfo.az xəbər verir ki, müqaviləyə əsasən “Avrora” MMC “İstisu” brendi adı altında istehsal olunan təbii mineral suların Azərbaycan üzrə ticarət nöqtələrinə satışını həyata keçirəcək. “İstisu” təbii mineral sularının istehlakçılara əlçatanlığını təmin etmək üçün Avrora şirkəti 12000-dən çox ticarət nöqtəsinə məhsulların paylanmasını həyata keçirəcək.

Məlumat üçün bildirək ki, mənbəyini Azərbaycanın Kəlbəcər rayonunun dağlıq bölgəsində, dəniz səviyyəsindən 1600 metrdən çox yüksəklikdə yerləşən termal su yataqlarından götürən və təbii halda 60°C-dən yuxarı temperaturda çıxan “İstisu” mineral suyu regionun minerallarla zəngin nadir suyu kimi xarakterizə olunur. İstisu litium, brom, yod, arsen, fosfor, sink, med, nikel, maqnezium, dəmir kimi minerallarla zəngindir.

Kəlbəcərin İstisu qəsəbəsində SSRİ dövründə də zavod fəaliyyət göstərmişdir. Lakin erməni işğalı zamanı bir çox iqtisadi mərkəzlərimiz kimi, İstisu sanatoriyaları və zavodu dağıdılıb istifadəsiz qalmışdı. Tarixi zəfərimizdən sonra “İstisu” təbii mineral su zavodunun təməli 2022-ci il iyunun 26-da Prezident İlham Əliyev tərəfindən qoyulub və zavodda quruculuq işləri 2024-cü ildə tam başa çatdırılıb. Sentyabrın 2-sində isə zavodun Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə rəsmi açılışı olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image