image-1678365182_cavansirbackend

QLOBALLAŞMA VƏ MİLLİ KİMLİK

image-reklam_sirab_01

1-Cİ MƏQALƏ
Milli identiklik bütün zamanlar üçün aktual səciyyə daşıyır. Çünki qloballaşma özünəməxsusluğu asanlıqla assimlyasiya uğradır. Nəticədə bəşəri dəyərlər sistemində monotonluq yaranır. Bu tendensiyanın qarşısını almaq, sivilizasiyalar zənginliyinin yolu məhz MİLLİ KİMLİK hadisəsindən keçir. Odur ki, hər bir millət, xalq tarixinə, mədəniyyətinə bələd olsa, küll halında özünü öyrənsə, tanısa və onu gələcək nəsillərə ötürsə, deməli, həm də bəşəri rəngərangliyə xidmət etmiş olur. Xüsusilə, sürətlə dəyişən geosiyasi proseslər, silahların dilində ədalətin arxa plana keçdiyi bir dönəmdə bu çox vacib ştrixdir. Fəlsəfə doktoru, etno-siyasi münaqişələr üzrə bir neçə kitabın müəllifi, millət vəkili Cavanşir Feyziyevin yazdığı “Türk dünyası“ 5 cildliyi bu kontekstdə böyük maraq doğurur. Hələlik 1-ci ktab haqında bəzi qeydlərimi qısaca ümumiləşdirmək istəyirəm.

Ondan başlayaq ki, müəllif ilk növbədə tarixi məxəzlər, mənbələr əsasında türk sivilizasiyasını uğurlu yanaşmalarla təqdim edir .Əsas məqamlardan biri tutarlı faktların sadə dildə izahıdır. Məslən, kitabın “ Türk sivilizasiyası” anlayışı bölümündə diqqət edək. Burada türk sivilizasiyasının təşəkkül tarixi, əhatə coğrafiyasından danışılır, transkontinental arxitekturası və multikultural dəyərlərin geniş izahı verilir.Və haqlı olaraq belə bir problem qaldırılır:- Türk sivilizasiyası elmi cameənin diqqətindən kənarda saxlanılır. Bu təsadsüfən edilirmi, yoxsa məsləyə geosiyasi ziddiyyətlər prizmasından yanaşmadır. Əlbəttə, sonuncunun üzərində dayansaq, daha ədalətli olar. Çünki, hazırkı güc mərkəzləri trük sivilizasiyasının keçmişi və bu günündən əndişələnir, perspektivndən qorxu hissi keçirirlər. Odur ki, mümkün qədər onu arxa planda saxlamağa çalışırlar. Cavanşir Feyziyevin əsəri məhz bu zərərli təmayülün qarşısını almaq və gerçəklikləri geniş ictimaiyyətə çatdırmaq baxımından olduqca əhəmiyyətlidir.

Əsərdə dil faktoruna ayrıca toxunulması da vacib məqamlardandır. Çünki, dil milli varlığın mövcudluğu və tərcümanıdır. Məsələn, dünyada elə dillər var ki, bu gün həmin xalq olmasa da, varlığı dilində inikasını tapır. Fərqli linqvistik sistemə malik türk dilləri ailsəsi türk sivilizasiyanın inkişafı və formalaşmasında həlledici rol oynayıb və bu gün həmim proses uğurla davam edir.Türkdilli Dövlətlər Təşkilatı, bu çərçivədə ən müxtəlif ortaq platformaların yaradılması bunun baiz nümunəsi hesab edilə bilər. Əlbəttə, bu yanaşmalar ümumilikdə türk dünyasının həmrəylik və birliyinə müsbət təsir göstərir, eyni baxışları ümumiləşdirir və nəticədə hər bir dövləti gücləndirir. Dünyada gücün ədaləti təhdid etdiyi indki geopolitik zidiyyətlər fonunda isə birliyin inkişafı strateji istiqamətlərdən olmalıdır.Cavanşir Feyziyevin kitabının əsas leymotivləridən biri məhz budur.

Hadisələrə elmi baxışdan nəzər salan müəllif həm də konkret faktlar üzərində ümumiləşdirmə aprır. “Türk sivilizasiyası” anlayışınin funksional keyfiyyətlərinin müəllif tərəfindən 7 əsas bənd üzrə təsnifləşdirlməsi bunu təsdiqləyir. Beləliklə, ardıcıllıq növbəti bölümlərdə danışılan məsələlərə bələdçilik edir və oxucunu asanlıqa ardınca aparır.

“Türklər e.ə. 1-ci minilliyin əvvəllərindən Mərkəzi Avrasiyanın qüdrətli etnosu kimi tarix səhnəsinə gəlmişlər, onların ilk yaşadığı yurd Avrasiyanın 140-150 en dairələri arasındakı arealı – indiki Monqolustanın şimal-şərq və şimal-qərb hüdudları, Altay dağlarının ətrafı, Yelisey və Selenqa çayları boyunca Abakan, Tuba və Ötükən əraziləridir.” Bu sitat kitabın “Türk etnocoğrafiyasının hüdudları” bölümündən götürülüb. Qısa , lakin olduqca zəngin tarixi məxəz oxucuda aydın təsəvvür yaradır, eyni zamanda , bu hüdüdlar haqqında düşündürücü material verir. Lakin o da xatırladılır ki, bu coğrafiya dəfələrlə genişlənmə və daralmalara məruz qalıb. Məllif həm də bu coğrafiyaya türk etnogenezisi nöqteyi-nəzərdən yanaşır. Və bu qənaəti bölüşür ki, bu etnogenezisin mühüm cəhəti bundan ibarətdir ki, onun təşəkkülündə bir çox əski etnoslar iştirak edib. Türk arealının multikultural və tolerant dəyərləri hazırda etnogenezis varisliyi üzərində uğurla inkişaf edir. Və hər bir cəmiyyətin uğurlu harmoniyası məhz bu prinsipdən daha çox asılıdır.

Beləliklə, fəlsəfə doktoru, millət vəklili Cavanşir Feyziyev 1-ci ktabda türk geopolitikasını ən müxtəlif aspektlərdən təhlil edir. Tarix,coğrafiyasından tutmuş diplomatiaysı, islamçılıq ,böyük ipək yolu, ədəbiyyat, incəsənət , həyat tərzi, modernləşmə kimi məslələrə tarix və müasirlik kontekstində çağırış olunur. Müəllifin məqsədi gün kimi aydındır: Güclü olmaq istəyiriksə özümüzdə təpər tapmalı, TARİXİ VARİSLİYİ uğurla davam etdirməliyik!..

S. HÜSEYNOV


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki