image-272247804_2744196052393645_6083158558151991661_nbackend

Qobustan rayonunda fərdi vətəndaş qəbulu keçirildi – Fotolar

image-reklam_sirab_01

Şahin Seyidzadə Qobustan rayonunda fərdi vətəndaş qəbulu keçirib.

 Veteninfo.az xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə deputatı Şahin Seyidzadə Qobustan rayonunda fərdi vətəndaş qəbulu keçirib.

Qobustan Heydər Əliyev Mərkəzində baş tutan qəbul zamanı Qobustan şəhəri və Poladlı kəndindən olan vətəndaşlarla fərdi qəbul həyata keçirilib.

Qəbulda vətəndaşlar tərəfindən məşğulluq, sosial müdafiə, təhsil, əmlak və torpaq mövzuları ətrafında müraciətlər səsləndirib.

Qəbul zamanı Millət vəkili tərəfindən bəzi məsələlər yerində həllini tapıb,  vətəndaşlar tərəfindən səsləndirilən digər problemlərin isə qısa zamanda öz həllini tapması üçün aidiyyatı qurumlar qarşısında məsələ qaldırılacağı barədə məlumat verib.

 

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki