image-622b0b0ed06db622b0b0ed06dc1646988046269433a776ecd9ca942f733ee78c08d1backend

Qulluq stajına görə pensiyaların yenidən artıb-artmayacağına aydınlıq gətirilib

image-reklam_sirab_01

“Vəzifə maaşında artım olarkən, qulluq stajına görə pensiyaya çıxmış şəxslərin pensiyasında da artım olmalıdır”.

Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Zəka Mirzəyev “Sosial saat”da deyib. Onun sözlərinə görə, lakin vəzifə maaşında neçə faiz artım olursa, pensiyada da o qədər artım olacağı fikri doğru deyil:

“Vəzifə maaşı pensiyanın müəyyən bir hissəsini təşkil edir. Bu, xüsusən qulluq stajına görə pensiya alanların 70 minini təşkil edir. Onların əmək pensiyaları sonuncu təminat xərcliyi əsasında hesablanır. Lakin təminat xərcliyi təkcə vəzifə maaşlarından ibarət deyil. Onların təminat xərcləri xidmətdə olarkən aldıqları kifayət qədər sayda əlavələrdən də ibarətdir. Məsələn, xidmət ilinə, ixtisas dərəcəsinə, məharət dərəcəsinə görə əlavələr var.

Bildiyiniz kimi, ötən ilin sonunda Ölkə başçısının müvafiq sərəncamı ilə hərbçilərin vəzifə maaşlarına 20 faiz məbləğində əlavə müəyyənləşdirildi. Əgər bu, vəzifə maaşlarına əlavə deyil, vəzifə maaşının 20 faiz artırılması olsaydı, onların əmək pensiyaları heç 10 faiz artmırdı və 9,2 faiz olurdu. Bu artım isə göründüyü kimi daha çox, 10 faiz məbləğindədir.

Bəzilərində vəzifə maaşı təminat xərcliyində çox olduğu üçün artım 14-15 faiz olurdusa, digərlərində isə az olduğundan hətta 6-7 faiz təşkil edirdi. Biz bunu 2019-cu ilin artımlarında müşahidə etdik. Bununla bağlı kifayət qədər şikayətlər də daxil olmuşdu. Biz həmin şəxslərə prosesi izah etmişdik”.

Z. Mirzəyev qeyd edib ki, ötən ilin sonunda imzalanan sərəncamlardakı artım vəzifə maaşlarında artım deyil. Sərəncama əsasən vəzifə maaşlarına əlavə müəyyənləşib. Bu əlavəni də vaxtilə xidmətdə olmuş və bu gün pensiyada olan şəxslər almayıblar. Bu əlavələr 2022-ci ilin yanvarın 1-dən xidmətdə olarkən həmin əlavəni almış şəxsin pensiya təyinatında nəzərə alınacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image