image-627235519ac43627235519ac441651651921627235519ac3f627235519ac41backend

Rusiya MN Ukraynanın hərbi itkilərini açıqlayıb

image-reklam_sirab_01

Rusiya aviasiyası yüksək dəqiqlikli raketlərlə Ukrayna qoşunlarının daha bir “Toçka-U” taktiki raket sistemini məhv edib.

Veteninfo.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin (MN) rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.

“Rusiya Hava Kosmik Qüvvələrinin yüksək dəqiqlikli hava bazalı raketləri Novaya Dmitrovka rayonunun Sanjeyka, Krisino və Volnyansk yaşayış məntəqələrində “Toçka-U” taktiki raket sisteminin buraxılış qurğusunu, S-300 hava hücumundan müdafiə sisteminin işıqlandırma və istiqamətləndirmə üçün olan üç lokatorunu, eləcə də Novoaleksandrovka rayonunda sursat anbarı, canlı qüvvə və hərbi texnikanın cəmləşdiyi doqquz ərazini məhv edib.

Rusiya Hava Kosmik Qüvvələrinin əməliyyat-taktiki və ordu aviasiyası gecə ərzində Ukraynanın 40 hərbi obyektini vurub. Nəticədə Protopopovka yaşayış məntəqəsi yaxınlığında döyüş sursatı, raket və artilleriya silahlarının dörd anbarı, eləcə də canlı qüvvənin və Ukrayna hərbi texnikasının cəmləşdiyi 34 ərazi məhv edilib.

Yüksək dəqiqlikli uzaqmənzilli hava və dəniz əsaslı raketlərlə Podoborsı, Lvov, Volovets, Timkovo və Pyatixatka dəmir yolu stansiyaları ərazilərində altı dartma elektrik yarımstansiyasını məhv edilib. Hansı ki, onların vasitəsilə Donbasdakı Ukrayna qoşun qruplaşmasına ABŞ və Avropa ölkələrində istehsal olunan döyüş silah-sursatları verilib.

Rusiyanın hava hücumundan müdafiə sistemləri Xarkov vilayətinin İzyum, Topolnoe, Malaya Kamışevaxa, Russkiye Tişki, Brajkovka, Nikolayev vilayətinin Zeleni Qay və Luqanskın Novokrasnyanka yaşayış məntəqələrində Ukraynanın doqquz pilotsuz uçuş aparatını, o cümlədən Xarkov vilayətinin Aleksandrovkada yaşayış məntəqəsi ərazisində “Bayraktar TB-2” pilotsuz uçuş aparatını vurub”, – Rusiya MN sözçüsü vurğulayıb.

Konaşenkov Ukraynanın indiyədək verdiyi hərbi itkilərini də açıqlayıb: “Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 146 təyyarə, 112 helikopter, 706 pilotsuz uçuş aparatı, 287 zenit-raket kompleksi, 2807 tank və digər zirehli döyüş maşını, 321 reaktiv yaylım atəşi sistemi, 1279 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 2609 ədəd xüsusi təyinatlı hərbi avtomobil texnikası məhv edilib”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki