image-e8a87b49-aeec-38cc-89d8-e07d641b4fa9_850backend

Rusiya vətəndaşı olan erməni Qazaxıstanda “qara siyahıya” daxil ediləcək

image-reklam_sirab_01

Qazaxıstanın Xarici İşlər Nazirliyi Rusiya vətəndaşı rejissor və teleaparıcı Tiqran Keosyanı ölkə üçün “arzuedilməz şəxslər” siyahısına daxil edə bilər.

Veteninfo.az “Zakon”a istinadən xəbər verir ki, bunu Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat katibi Aybek Smadiyarov bildirib.

“Onun bəyanatı Rusiyanın müəyyən qrup ictimaiyyəti və siyasi qüvvələrini baxışlarını əks etdirə bilər, ancaq bu, Qazaxıstanla Rusiyanın əməkdaşlıq və dövlət başçıları səviyyəsində əldə edilən razılaşmaların ruhuna ziddir. Belə çıxışlar xoşməramlı qonşuluq mühitini zəhərləyir, strateji tərəfdarların düşmənlərinin əlinə oynayır. Onun adının Qazaxıstan səfəri “arzuedilməz şəxslər” siyahısına daxil ediləcəyi gözlənilir”, – mətbuat katibi vurğulayıb.

Bildirilib ki, Tiqran Keosayan Qazaxıstan hakimiyyətinin Rusiya-Ukrayna münasibəti, mayın 9-da ölkədə paradın keçirilməyəcəyi ilə bağlı qərarlarını özünün yutub kanalında ələ salaraq bildirib:

“Qardaş ölkələr Rusiya ilə ABŞ və NATO qarşıdurmasında tutacaqları tərəfi müəyyənləşdirməlidir. Rusiya kimin onunla, bir yerdə olub-olmadığını diqqətlə izləyir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki