image-23backend

Rusiyanın əfsanəvi xizəkçisi vəfat edib

image-reklam_sirab_01

Rusiyanın tanınmış xizəkçisi Vyaçeslav Vedenin dünyasını dəyişib.

Veteninfo.az xəbər verir ki, titullu idmançı 80 yaşında uzun müddətdir davam edən xəstəlikdən vəfat edib.

Əfsanəvi xizəkçi öz vəsiyyətinə uyğun olaraq, Tula bölgəsindəki doğma kəndi Slobodada dəfn ediləcək.

Qeyd edək ki, dördqat dünya çempionu olan Vedenin 1972-ci il Qış Olimpiya Oyunlarında 2 qızıl və 1 bürünc medal qazanıb. O, həmçinin 1968-ci ildəki olimpiadada 2-ci yeri tutub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki