image-2backend

Sabah bəzi bölgələrdə leysan yağacaq, dolu düşəcək – PROQNOZ

image-reklam_sirab_01

Azərbaycanda oktyabrın 18-də bəzi yerlərdə arabir yağış yağacağı, leysan olacağı gözlənilir.

Bu barədə Vətəninfo.az-a Milli Hidrometerologiya İdarəsindən məlumat verilib.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Əsasən səhər və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Gün ərzində arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 14-16° isti, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 65-75 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 11-15° isti, gündüz 16-19° isti, dağlarda gecə 3-7° isti, gündüz 7-11° isti olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image