image-a0bcb7b6-2dd2-30f1-a964-fd1a04f49722_850backend

Sabah rayonlarda 22 dərəcə isti olacaq

image-reklam_sirab_01

Aprelin 5-ə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Veteninfo.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə duman olacaq. Arabir güclənən şimal-qərb küləyi səhər mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 7-10° isti, gündüz 15-18° isti, Bakıda gecə 8-10° isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 60-65 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 7-12° isti, gündüz 17-22° isti, dağlarda gecə 2-6° isti, gündüz 9-14° isti olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki