Gənc olmaq aktiv, dinamik olmaq,daima yeniliyə can atmaq, inkişaf etməkdir. Bu gün gənclər təhsilə , elmə , inkişafa can atır,özləri müəyyən problemlərin həllində iştirak edir. Bütün bunlar sevindirici haldır. İstənilən sahədə- təhsil, idman,incəsənət və s. gənclərimiz ölkəmizi layiqincə təmsil edirlər. Bir Azərbaycan gənci olaraq vətəninin uğurlarını görmək, gənclərin böyük arenalarda qazandığı nailiyyətlərə şahid olmaq qürurvericidir. Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib amillərdən biridir. Sağlam gəncliyin qurulması ilk növbədə ailədən gəlir, bir gəncin ailədən gətirdiyi dəyərlər onun sonrakı gələcəyinə də təsir edir. Buna görə hər bir valideyn bu məsələdə diqqətli olmalıdır.
2002-ci il 9 aprel tarixində “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu Qanun Azərbaycan Respublikasında gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını tənzimləyir və bu sahədə yaranan münasibətləri həll yollarını təklif edir.Ümummilli Liderin təyin etdiyi dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi gənclərin qarşısında duran problemlərin həllinə münasibətin köklü surətdə dəyişməsinə imkan verdi. Onları vahid azərbaycançılıq ideologiyası ətrafında daha da sıx birləşdirə bildi.Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətini təşkil edirdi. “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir”, – deyən Ulu Öndər Heydər Əliyevin bu fikri dövlət gənclər siyasətinin fəlsəfi və ideoloji əsasını təşkil edir.
Biz gənclər üçün yaradılan imkanların yetəri qədər çoxluğuna şahid oluruq. Bu sevindirici haldır ki, gənclər özlərini istənilən sferada yoxlaya bilərlər. Bütün bunlara baxmayaraq gənclərimiz öz istəkləri, arzuları , hədəfləri uğrunda çalışmalıdırlar. Əgər bu gün vaxtlarını boş-boş məşğuliyyətlərə sərf etsələr,sabah gec ola bilər. Ola bilər ki, bütün gənclərin bu imkanlardan yararlanmaq üçün imkanları yoxdur. Ancaq istənilən hədəfi aşmaq mümkündür. Mümkünsüz heç nə yoxdur. Əgər məqsəd və hədəf güclüdürsə, imkansız deyə bir şey yoxdur. Ola bilər ki, bir dəfə alınmadı amma heç vaxt alınmayacaq anlamına gəlmir. Ona görə gənclərimiz ruhdan düşməməlidirlər. Hər şeyin bir gün gerçək olacağına mütləq şəkildə inanmalıdırlar. İnam, çalışmaq və səbr sizi arzularınıza aparacaq, bundan əmin ola bilərsiniz. Uğur ayağını ayağının üstünə qoymaqla qazanılmır. Özünə inam+bacarıq=Müsbət nəticə!… Onu da vurğulayım ki, bu müsbət nəticə asanlıqla ələ gəlmir. Burda ağlamaq, yıxılmaq, ruhdan düşmək, yorulmaq, bezmək hər şey var. Amma inam bunların hamısından güclü olduqda nəticə əldə olunur. Bunları deməkdə məqsədim, bu günün gənclərini ruhlandırmaqdır ki, onlar heç vaxt təslim olmasınlar. Heç vaxt “mümkünsüzdür” ifadəsini qəbul etməsinlər. Gənclərimiz bizim bu günümüz, sabahımızdır. Sabahımızın gözəl olması üçün bütün gənclik bir olmalıdır. #Gənc#Gənclik#Amal#İstək#Nəaliyyət
Mamedova Fəridə
Azərbaycan Dövlət Pedoqoji Universiteti/SABAH qrupları