image-427293360_0_0_3073_1728_1920x0_80_0_0_ba2336428662fc39702759274ae21a4a-2backend

ŞAD XƏBƏR: Bu qazilərimizə birdəfəlik ödənişlər veriləcək

image-reklam_sirab_01

1991-1997-ci illərdə xəsarət almış Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödənişlərin veriləcəyi tarix açıqlanıb.

Veteninfo.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Səfər Mehdiyev “Sosial saat”da bildirib. Onun sözlərinə görə, birdəfəlik ödənişlərin iyul ayından başlanması nəzərdə tutulub.

Qeyd edək ki, ötən ilin 23 dekabrında ölkə başçısının imzaladığı fərmana əsasən 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçular, daxili işlər orqanları əməkdaşlarına, onlardan vəfat etmiş şəxslərin isə vərəsələrinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik ödəmənin (I dərəcə əlilliyə görə 8800 manat, II dərəcə əlilliyə görə 6600 manat, III dərəcə əlilliyə görə 4400 manat) verilməsi nəzərdə tutulur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki