Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Ukraynaya səfəri çərçivəsində Ukrayna Silahlı Qüvvələrinin azad etdiyi Borodyankada olub.
Veteninfo.az xəbər verir ki bu barədə Şarl Mişel “Twitter“də bildirib.
O bildirib ki səfər etdiyi Borodyankada da vəziyyət Buça və Ukraynanın bir çox digər şəhərlərindəki kimidir. “Tarix burada törədilən hərbi cinayətləri unutmayacaq. Ədalət olmadan sülh ola bilməz” o qeyd edib.