image-1659949057-sefer-mehdiyevbackend

Səfər Mehdiyev Yol polisin təhqir etdi: Sən nə həyasız adamsan”- VİDEO

image-reklam_sirab_01

Dövlət Gömrük Komitəsinin sabiq sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev yol polisi tərəfindən saxlanılıb.

“Unikal”ın məlumatına görə, 90-AA-978 dövlət qeydiyyat nişanlı “Mercedes Galendewagen” markalı avtomobilindən düşən sabiq DGK sədri Yol Patrul Xidmətinin əməkdaşları ilə mübahisə edib.

Səfər Mehdiyev qanunlara tabe olmaq yerinə,DYP-nin əməkdaşın təhqir edib və “Sən nə həyasız adamsan, General-polkovnik Mehdiyev, işarə verirəm sənə,nömrə bəllidir”-deyərək təzədən dəyəri yüz min dollardan artıq olan 90-AA-978 dövlət qeydiyyat nişanlı “Mercedes Galendewagen” markalı avtomobilinə oturaraq saymazyana şəkildə yoluna davam edib.

O, YPX əməkdaşına “Sən nə həyasız adamsan? Görmürsən general-polkovnik Mehdiyevdir?” sözlərini deyib.

Qeyd edək ki, sözügedən video Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsinin sədri olduğu vaxtda lentə alınıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki