Azərbaycan bu müharibəyə məqsədyönlü şəkildə hazırlaşdı. Üstəlik, sadəcə silahlanaraq yox, həm də döyüş qabiliyyətini, fiziki hazırlığını, psixoloji keyfiyyətlərini artıraraq. Nəhayət, o gün gəldi. Ermənistanın siyasi və hərbi təhrikləri Azərbaycanı qəti addım atmağa sövq etdi. Məqsəd bir, hədəf qəti idi: torpaqlar işğaldan azad edilməli, ölkənin ərazi bütövlüyü təmin olunmalıydı. Ordunun qarşısına qoyulan hədəfə nail olduğunu dünya mediası qarşısında da bəyan etdi. Müzəffər ordu onun qarşısında duran vəzifənin öhdəsindən məharətlə gəldi. Hədəf ərazi bütövlüyümüzün bərpa edilməsi idi və Azərbaycan hərbi qələbəni qazandı. Torpaqları danışıqlar, müzakirə yolu ilə yox, hərbi yolla azad etdik. Döyüşərək, qan tökərək, şəhidlər verərək ədaləti bərpa etdik. Şəhidlərimizin qanını yerdə qoymadıq. Düşməndən intiqamımızı döyüş meydanında aldıq.
Qarşıda duran vəzifənin öhdəsindən gəlməkdə və qısa müddətdə hədəfə çatmaqda strateji planlaşdırma və peşəkar komandanlıq çox böyük rol oynadı. Strateji planlaşdırma qələbənin əldə olunmasını təmin edən əsas amillərdən biridir. Planlaşdırma düzgün olmasaydı, qələbənin əldə olunması çox çətin olardı. Ona görə ki, orada uzunmüddətli istehkamlardan əlavə, təbii relyef də çətinlik törədir. Dağa dırmaşmaq, aşağıdan yuxarıya qalxmaq lazımdır. Şuşanın alınması isə, ümumiyyətlə, ayrıca dastandır. Bu müharibə Azərbaycan Ordusuna yeni təcrübə qazandırıb: Müharibə dövründə biz yeni təcrübə topladıq. Çünki bizim ordumuz müharibələrdə iştirak etmirdi. İndi müharibə çox böyük bir təcrübədir. Biz bu təcrübədən düzgün nəticə çıxarmalıyıq. Böyük uğurlarımız olub. Eyni zamanda, müharibə dövründə müəyyən çatışmazlıqlar da oldu , amma onlar həll edildi
Çatışmazlıqlar həll edildi və müharibə uğurla başa çatdı. Azərbaycan Prezidenti dünya mətbuatının qarşısında qalib baş sərkərdə və dövlət başçısı olaraq qələbənin necə qazanıldığını açıqladı: Vətən müharibəsi eyni zamanda peşəkar komandanlıq nümunəsidir. Vahid komandanlıq, planlaşdırma olmadan qələbənin əldə olunması mümkün deyildi. Bütün elementlərin düzgün kombinasiyası müharibənin bizim qələbəmizlə olmasına gətirib çıxardı.
Əhmədova Cavahir
Nəsimi rayon sakini