2021-ci ildə dövlət büdcəsinin “Səhiyyə” bölməsinə 231 min. manat vəsait ayrılıb.
Bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında əksini tapıb.
Bu vəsaitin 94,1 min. manatı səhiyyə sahəsində qəbul edilmiş dövlət proqramlarının icrasına sərf edilib.
2021-ci il ərzində şəkərli diabet xəstəliyi, IIV/QİÇS-lə mübarizə, xroniki böyrək çatışmazlığı üzrə dövlət proqramlarının davamı olaraq bir çox işlər görülüb.
Hesabat ilində şəkərli diabetlə əlaqədar qeydiyyata götürülən xəstələrin sayı 24.3 min nəfər artaraq ümumilikdə 302 min nəfəri keçib ki, onlardan 2056 nəfəri 18 yaşadək olan uşaqlardır.
“Heydər Əliyev Fondu”nun dəstəyi və təşəbbüsü ila 2021-ci idə 1543 uşaq “Tresiba” insulini ilə təmin edilib. Hesabat ili ərzində xəstələr 10 min qlükometr aparatı, 406,6 min strip ilə təmin ediliblər.