O insanlar xoşbəxtdir ki, özündən sonra həyatda bir iz qoyub gedir. İnsanı yaşadan da elə onun əməlləridir. Əslində, insan ömrünü yazılmayan bir kitaba bənzətmək olar: hər səhifəsi ömrün bir günü, hər ili həmin kitabın bir fəslidir. Elələri var ki, onun ömür yolu cəmi bir neçə səhifəlik kitaba sığar; əlinə alarsan, səhifələri birnəfəsə çevirib kənara qoyarsan. İnsan da var ki, onun həyat yolu cild-cild kitablara sığmaz. Onu vərəqləyib vətən, xalq üçün gördüyü əməllərlə tanış olduqca heyrətə gələrsən. Amma bütöv bir nəslin yalnız vətən, millət ücün calışdığı öyrənəndə göz yaşlarını saxlaya bilmirsən.
Tarix bizim istəklərimizdən deyil, həqiqətdən, bəzən də acı həqiqətdən asılı olur. Lakin zaman-zaman öz kökünə qayıtmağa başlayan azərbaycanlılar uzun illər tarixin tozlu səhifələri arasında yatıb qalan sirlərini üzə çıxartmağa başlayır. Bu sirlərin altından kimlər və nələr çıxmadı ki… Xüsusən də, Azərbaycanın hərb tarixinin təkcə Böyük Vətən müharibəsindən deyil, daha əvvəllərdən başlanması ilə bağlı üzə çıxan maraqlı faktlar tarixə baxışımızı dəyişdi…
Öz qəhrəmanlarımızı bizdən gizlətsələr də, zaman hər şeyi öz axarına salmağı bacarıb. Böyük yunan filosflarından biri “tarix itmir, sadəcə yeni tarixin içində qədimləşir” deməsi tarixin, itməyəcəyini bir daha sübut edir.
Məhz çoxlarının tanımadığı lakin tarixin içərisində qoyduğu ləpirlərlə addımlayan, Türkiyə Cümhuriyyətinin ordu generalı Həsən Darğazadə də belə ərənlərimizdən biridir.
Həsən Darğazadə 1863-cü ildə Şəkidə doğulub. Orta təhsilinin Şəkidə alan Həsən bəy 1873-cü ildə qardaşının təkidi ilə İstanbula gəlir. Həsən bəy Darğazadənin qardaşı Məhəmmədəmin bəy Osmanlı Sarayında yüksək vəzifə icra edirdi. Qardaşının təkidi ilə İstanbula gələn Həsən bəy bir qədər sonra Hərbi məktəbə daxil olur.
Hərbi məktəbi müəffəqiyyətlə başa vuran Həsən bəy İstanbuldakı Hərbi Akademiyaya daxil olmağı bacarır.Akademiyanı da əla qiymətlə başa vuran Həsən bəy orduda xidmətə başlayır. Bir qədər sonra Osmanlı sarayından gələn təlimatla Bağdada xidmətə göndərilir. Həsən bəy Bağdadda xidmət etdiyi müddətdə bir çox uğurlu döyüş əməliyyatlarının iştirakçısı olur. Türkiyəli hərbi təqdiqatçılar Həsən bəy Darğazadəni Həsən Behcət Paşa kimi təqdim edirlər. Türkiyə arxivlərində bu məşhur general, bacarıqlı xəritəci-kartoqraf kimi göstərilir.
Uzun müddət Bağdadda xidmət etdikdən sonra Həsən Paşa İstanbula qayıdır. Birinci Cahan savaşında da iştirak edən Həsən paşa bir çox ağır döyüşlərin iştirakçısı olur. Ağır döyüşlərdə şücaəti sahəsində general rütbəsinə layiq görülür. 1919-cu ildə general-mayor rütbəsi ilə təltif edilən Həsən paşa Türk qoşunlarının tərkibində Cənubi qafqaza səfər edir. Lakin müəyyən səbəblərdən Həsən paşa, Azərbaycana doğulduğu Şəkiyə səfər edə bilmir.
Həsən Behcət Paşa qardaşı Məhəmmədəminin təkidi ilə Ali Hərbi Akademiyaya daxil olur. Lakin türk tədqiqatçıların yazdığına görə Həsən paşa hər zaman döyüşə can atdığından qardaşı,onu gizli yollarla döyüşlərdə uzaqılaşdırmaq istəyirdi. Lakin Məmmədəmin Darğazadə öz xatirələrində yazırdı:”Həsən paşa cox tərs və inadcıl idi. Bəzən mənim sözümdəndə çıxaraq özünü ən qaynar döyüş nöqtələrinə atırdı. Mən onu çox sevdiyim üçün bəzən dostları vasitəsilə onu döyüşlərdən uzaqlaşdırmaq istəyirdim. Lakin sonda onun dediyi olurdu. Həsən paşa general rütbəsinə yüksəlməklə öz istəyinə catdı.”
1925-ci ildə Həsən paşanın böyük qardaşı Məmmədəmin Darğazadə vəfat edir. Bundan sonra General-mayor Həsən Paşa Behcət oruddan tərxis olunmaq qərarına gəlir. Lakin onu məşhur xəritəçi-kartoqraf kimi mülki əsaslarla orudad saxlayırlar. Deyilənlərə görə bri çox məsələlərdə məhz ordu rəhbərliyi Həsən Behcət paşa ilə məslətləşirdi. Həsən Behcət Paşa ordudan tərxis olunduqdan sonra Ankaraya köcmək qərarına gəlir. Amma sonralar Həsən Behcət paşa yenidən İstanbula qayıdır və bunu belə izah edir:”İstanbul mənim həyatımın ən yaxşı xatrılərinin yatdığı ərazidir.”
Həsən paşanın 3 qızı Şərifə, Səbihə və Ayişə Ülviyyə və bir oğlu Kamal olub. Ən kiçik qızı Ayişə Ülviyyə xanım general-polkovnik Mehmet Bərközün həyat yoldaşı idi. Ayişə Ülviyyə Professor Sina Bərközün anası idi. Qeyd edək ki, Həsən paşa Behcət və Mehmet və Mahmud Bərközlər əmioğlu olublar.
Həsən Paşanın yeganə oğlu Kamal Darğazadə də atasının yolunu davam etdirərək hərbiçi olur. Kamal Darğazadə hərbi həkim kimi 40 il türk orusunda xidmət edib. Həsən paşa Behcət 1967-ci ildə İstanbulda vəfat edib.
Professor Sina Bərköz öz xatirəlrəində babası Həsən paşa haqqında belə yazırdı:”O olduqca sərt xarakterli bir insan idi. Amma nəvələrini,yəni bizi görən kimi o sərtliklik, bir həlimliklə əvəz olunurdu. Yadıma gəlir o bəzən bizi görmək ücün İstanbuldan Ankaraya gələr, cəmi yarım saat bizi görüb yenidən İstanbula qayıdardı. O nəvələrini çox sevirdi. Ucaboylu general mundirli babam xatirimdə bax belə qalıb.”
Tarix hər zaman yaratdıqları ilə öyünən, dahiləri köksündə əks etdirən və böyük bir keçmişə malik olan xəzinədir. O xəzinə ki, ordan həm millət, həm xalq, həm dövlət, həm də başqa insanlar istifadə edir. Bəzən məcazi mənada belə bir xəzinənin olduğuna görə qürur hissi keçirir. Bu xəzinəni bizə qoyub gedən böyük insanlardan biriydi Həsən Behcət Paşa..
Qoşqar Salmanlı