BMT həbsdə olan Güney Azərbaycandan olan vəkil Tahir Nəqəvinin sağlıq vəziyyətindən narahatdır.
Vətəninfo.az “Azad İran”a istinadən xəbər verir ki, bu barədə BMT-nin insan haqları müdafiəçiləri üzrə xüsusi məruzəçisi Meri Lavlor bildirib.
Onun sözlərinə görə, Evin zindanında saxlanılan hüquqşünas və ictimai fəal Tahir Nəqəvinin səhhəti narahatlıq doğurur.
Meri Lavlor sosial şəbəkə səhifəsində yazıb: “Vəkil Tahir Nəqəvi xəstəxanada müalicə olunmur. O, təhlükəli məhbusların saxlanıldığı yerdə yerləşdirilib. Bu, onun təhlükəsizliyi üçün ciddi narahatlıq yaradır. İran hökuməti onun təhlükəsizliyi üçün zəmanət verməlidir”.
Qeyd edək ki, ötən günlərdə Tahir Nəqəvi həbsxana paltarı geyinməyə və qandal taxmağa qarşı çıxdığı üçün xəstəxanaya göndərilməyib.