image-1backend

Osman Həmdi bəyin tablosu 571 min 500 avroya satıldı

image-reklam_sirab_01

Fransanın paytaxtı Parisdə keçirilən hərracda Osman Həmdi bəyin “Bursa Ulu Məscidinin önü” adlı tablosu 571 min 500 avroya satılıb.

Türkiyə incəsənət tarixinin ən önəmli rəssamlarından biri, “Tısbağa Təlimçisi” adlı məşhur əsərin sahibi Osman Həmdi bəyin tablosu Parisdəki Drouot Hərrac Evində hərraca çıxarılıb.

Həmdi bəyin 1879-cu ilə aid “Bursa Ulu Məscidi Önü” adlı tablosu hərracda 571 min 500 avroya satılıb. Tablonun Türkiyədə mədən şirkətinin sahibi olan şəxs tərəfindən telefon zəngi ilə alındığı açıqlanıb.

Osman Həmdi bəyin 60×42 santimetr ölçülü yağlı boya tablosu rəssamın orijinal üslubunun ən mühüm nümunələrindən sayılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image