image-6288bdb8dcbfd6288bdb8dcbfe1653128632f2dc9f741f0a533d2aca406676671ef7backend

Səlim Müslümov müalicə müəssisəsinə köçürülüb

image-reklam_sirab_01

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun səhhətində problem yaranıb.

Veteninfo-nun verdiyi xəbərə görə, ilkin müayinədən sonra sabiq nazir Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təcridxanasından Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb.

Hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.

Xatırladaq ki, Səlim Müslümov DTX tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub.

Sabiq nazir Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki