image-1backend

Şənbə günü 37 dərəcə isti olacaq

image-reklam_sirab_01

İyunun 15-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Vətəninfo.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-34° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 40-50 %, gündüz 60-70 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti, dağlarda gecə 8-12° isti, gündüz 15-20° isti olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki