Sərxoş halda idarə etdiyi avtomobillə azyaşlının ölümünə səbəb olan Anar Hacaliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrlik etdiyi iclasda hökm oxunub.
Hökmə əsasən, Anar Hacaliyev 5 il 6 ay azadlıqdan məhrum edilib.
Zərərçəkmiş azyaşlının anası hökmlə razılaşmayıb. O, təqsirləndirilən şəxsin avtomobili qəsdən
oğlunun üstünə sürdüyünü iddia edib.