image-5-tatli-kendibackend

Seymur Orucov Ermənistanla sərhəddə Tatlı kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib.

image-reklam_sirab_01

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun Ermənistanla sərhəddə yerləşən yaşayış məntəqələrindən olan Tatlı kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib.

Tədbirdə rayonun hüquq-mühafizə orqanlarının və müvafiq təşkilatlarının rəhbərləri, başçının müavinləri və aparatının şöbə müdirləri iştirak edib. Səyyar qəbulda vətəndaşlar fərdi qaydada dinlənilib, onların təklif və müraciətləri qəbul olunaraq nəzarətə götürülüb.

 

RİH başçısının Tatlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qoşqar Hüseynov yaşayış məntəqəsində son dovrdə görülən işlər barədə məlumat verərərk  bildirib ki, Şəhidlərin xatirəsinə bir ədəd bulaq kompleksi inşa olunub, “Yasallı” adlanan məhəllədə 50 abonentin hər birinə yeni içməli su xətti çəkilib, Həsənsu çayından əkin sahələrinin suvarılması üçün çəkilmiş 250 mm-lik metal borunun 60 metr hissəsi təmir olunub, 1,2 km uzunluğunda suvarma arxı lildən təmizlənib, 3 ədəd elektrik dayağı yenilənib, 1 ədəd elektrik transformatoru və 2 ədəd subartezian quyusu təmir olunaraq sakinlərin istifadəsinə verilib, kənddaxili yolların təmiri çərçivəsində daha 120 metr yol xırlanaraq avtoqreyderlə hamarlanıbdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki