Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov Kolxəlfəli kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib. Qəbulda başçının müavinləri və aparatının şöbə müdirləri, eləcə də rayonun hüquq-mühafizə orqanlarının və aidiyyəti təşkilatlarının rəhbərləri iştirak ediblər. Səyyar qəbulda təklif və müraciətlə çıxış edən hər bir vətəndaş fərdi qayda dinlənilib. Qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verilib.
Ağstafa RİH başçısının Kolxəlfəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Malik İsmayılov qısa arayışında bildirib ki, son aylar yaşayış məntəqəsində görülən işlər çərçivəsində şəhidlərin xatirəsinə iki ədəd abidə-bulaq kompleksi inşa olunub, 3 ədəd yeni avtobus dayanacağı quraşdırılıb, “Alxanlı” adlanan məhəlləyə 220 metr məsafədən içməli su xətti çəkilib, 3 ədəd subartezian quyusu, 1 ədəd elektrik transformatoru təmir olunub, yararsız vəziyyətdə olan elektrik dayaqları yenisi ilə əvəzlənib, suvarma arxlarının 2 km-dən çox hissəsi lildən təmizlənib.