image-5-qirilibackend

Seymur Orucov növbəti səyyar qəbulunu keçirib- Qırılı kəndində

image-reklam_sirab_01

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov Qırılı kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti təşkilatlarının rəhbərləri, RİH başçısının müavinləri, aparatının şöbə müdirləri və sakinlər iştirak ediblər.

Səyyar qəbulda vətəndaşlar fərdi qaydada qəbul olunub, onların irəli sürdükləri təklif və müraciətlər qeydiyyata alınaraq nəzarətə götürülüb. Qaldırılan məsələlər ətrafında müzakirələr aparılıb və həlli istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.

RİH başçısının Qırılı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ramiz Əmrahov kənddə son olaraq görülən işlərə dair qısa arayışında bildirib ki, 44 ədəd kəhriz və 3 ədəd subartezian quyusu təmir olunaraq əhalinin istifadəsinə verilib, kənddaxili yolların təmiri tədbirləri çərçivəsində daha 2,1 km uzunluğunda yol xırlanaraq avtoqreyderlə hamarlanıb, sakinlərin pay torpaqlarına gediş-gəlişini yaxşılaşdırmaq məqsədilə 1 ədəd su keçidi quraşdırılıb və ümumilikdə 3,8 km uzunluğunda suvarma arxı lildən təmizlənib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki