image-1646749271_yas_cadiri_0251backend

SON DƏQİQƏ: Azərbaycan Silahlı Qüvvələrin sabiq Baş cərrahı vəfat etdi

image-reklam_sirab_01

Azərbaycan Silahlı Qüvvələrin sabiq Baş cərrahı, tibb xidməti polkovniki Famil Babayev vəfat edib.

Veteninfo.az “Qafqazinfo”ya istinadən məlumatına görə, o, 56 yaşında Rusiyanın Tver şəhərində dünyasını dəyişib.

Qeyd edək ki, AR Silahlı Qüvvələrin sabiq Baş cərrahı, tibb xidməti polkovniki, tibb elmləri doktoru Famil Əlikərim oğlu Babayev on ilə yaxın bu vəzifədə çalışıb. Famil Babayev 2017-ci ildə ordu sıralarından tərxis olunduqdan sonra, Tver Tibb Universitetinin fakültə cərrahiyyə kafedrasının professoru, 2018-ci ildə isə bu kafedranın müdiri vəzifəsində çalışıb. 2021-ci ilin sentyabrdan isə  Universitet Klinikasının fəaliyyətinə nəzarət edən tibb işləri üzrə prorektorun köməkçisi vəzifəsinə təyin edilib. 2019-cu ilin iyun ayından o,  həm də 2021-ci ilin sentyabr ayına kimi 6 saylı Şəhər Klinik Xəstəxanasının cərrahiyyə şöbəsinə rəhbərlik edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki