image-reklam-veteninfo
image-img_5665backend

“Son illər ölkəmizdə büdcə idarəçiliyi sahəsində islahatlar həyata keçirilib” – Deputat

image-reklam-veteninfo

“ Gündəliyə 2026-cı il dövlətbüdcəsi haqqındaqanun büdcə zərfinin tərkibində olan digər qanun layihələri daxildir. Sözügedən layihələr, Azərbaycan Respublikası Maliyyə nazirliyinin  Hesablama Palatasının rəyi hər birimizə geniş şəffaf şəkildə təqdim edilib. Büdcə hər bir dövlətin iqtisadi siyasətinin maliyyə siyasətinin təməl sütunlarından biridir. O, dövlətin sosial- iqtisadi inkişaf prioritetlərini strateji məqsədlərini özündə əks etdirir. Büdcənin formalaşması prosesi iqtisadiyyatın real vəziyyəti, sosial tələbatlar, regionların inkişaf istiqamətləri və dövlət  proqramlarının maliyyələşdirilməsi ilə sıx vağlıdır”.

 

Vətəninfo.az xəbər verir ki,bunu Milli Məclisin üzvü Asif Əsgərov  Milli Məclisin bu gün keçirilən iclasında çıxəşında bildirib.

Millət vəkili qeyd edib ki,son illərdə ölkəmizdə büdcə idarəçiliyi sahəsində islahatlar həyata keçirilmişdir, bu da öz növbəsində büdcə prosesinin şəffaflığını artırmaqla yanaşı dövlət vəsaitlərinin daha məqsədyönlü və səmərəli  istifadəsinə imkan yaradır:

”Hər bir büdcə qərarı əslində, dövlətin gələcəyi vətəndaşların sosial  təminatı ilə birbaşa əlaqəlidir. Düzgün formalaşdırılmış büdcə ölkənin sabitliyinə, sosial təminatına  uzun müddətli inkişafına yönəlmiş ən güclü vasitədir. Bu gün təqdim olunan büdcə layihəsi həm ölkəmizin təhlükəsizliyinin möhkəmləndirilməsi, həm vətəndaşlarımızın sosial rifahının yüksəldilməsi baxımından xüsusi əhəmiyyət daşıyır”.

Asif Əsgərov qeyd edib ki, regionda dəyişən geosiyasi mühit fonunda təhlükəsizlik xərclərinin mütamadi olaraq məqsədyönlü şəkildə artırılması dövlətimizin müdafiə qabiliyyətini  daha da gücləndirilməsinə xidmət edir və hər birimizin etibarlı inkişafına təminat yaradır:

Eyni zamanda,sosial yönümlü siyasətin davam etdirilməsiəhalinin həssas təbəqələrinin müdafiəsi, məşğulluq proqramlarının genişləndirilməsi, təhsil səhiyyə xidmətlərinin yaxşılaşdırılmasıbüdcənin prioritet istiqamətləri kimi qorunub saxlanılır. Bu dövlətimizin sosial ədalət dayanıqlı inkişaf xəttinin ardıcıl davamı deməkdir. Ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlər ildən-ilə dayanıqlılığını gücləndirən dövlət büdcəsində özünü büruzə verir. Təqdim olunam qanun layihəsi güclü iqtisadi dayaqlara malik ölkəmizin iqtisadi qüdrətinin, dövlətin sosialyönümlü siyasətinin, müdafiə təhlükəsizlik məsələlərinə göstərdiyi diqqətin göstəricisidir”.

”Bu gün Qarabağda dövlətimiz tərəfindən genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir”-deyən millət vəkili Müzəffər Zəfərimizdən  sonra azad edilmiş torpaqlarda həyatın bərpası məqsədilə yenidənqurma, infrastruktur sosial layihələr sürətlə davam etdirildiyin qeyd edib:

”Dövlətimizin əsas məqsədi yalnız torpaqları azad etmək deyil, həm orada həyatın tam bərpasını təmin etməkdir. Bu quruculuq siyasəti Prezident Cənab İlham Əliyevin rəhbərliyi altındaBöyük Qayıdışproqramı çərçivəsində davam etdirilir Qarabağ bu gün sülhün, inkişafın yenidən dirçəlişin simvoluna çevrilir. Qeyd etmək lazımdır ki, Qarabağ Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa quruculuq prosesinin növbəti  ildə dövlət büdcəsinin xərclərinin əsas istiqamətlərindən biri olması işğaldan azad edilmiş tarixi torpaqlarımızın sosialiqtisadi inteqrasiyasına əsaslı zəmin yaradacaq. Nəzərə çatdırmaq istərdim ki, Zaqatala sakinləri dövlətimizin başçısının diqqətini və qayğısını gündəlik həyatlarında aydın şəkildə hiss edirlər  bu diqqət onları daha böyük nailiyyətlərə ruhlandırır. Bu xüsusda gələcək nəslin fiziki mənəvi cəhətdən sağlam böyüməsini, fəaliyyətində əsa istiqamətlərindən biri kimi müəyyənləşdirən Heydər Əliyev  fondunun təşəbbüsü ilə də Zaqatalada mühüm layihələr icra edilib. Burada bir məqamı da xüsusi vurğulamaq istərdimBiz hər dəfə aidiyyatı qurumlara müraciət etdikdə, mərkəzi strukturlar tərəfindən diqqət və anlayış ilə qarşılanırıq. Səsləndirdiyimiz problemlərə diqqətlə yanaşılır, real dəstək göstərilir. Bu, mərkəzi yerli səviyyədə əməkdaşlığın möhkəmlənməsi üçün çox dəyərlidir bu münasibətə görə mərkəzi qurumlara səmimi minnətdarlığımı bildirirəm. Qeyd etmək istərdim ki, komitə iclasında çıxışımda Zaqatala rayonunda həlli zəruri olan bir neçə məsələ tərəfimdən qaldırıldı. Fürsətdən istifadə edib təşəkkür etmək istəyirəm, qeyd edilən məsələlər diqqətlə dinlənildi. Eyni zamanda bildirirəm ki, aidiyyəti dövlət qurumlarınaElm Təhsil Nazirliyinə, Energetika Nazirliyinə tərəfimdən müvafiq şəkildə müraciətlər ünvanlandı. Ümidvaram ki, görülən tədbirlər nəticəsində qaldırdığım məsələlərin(Kəpənəkçi kəndində kəskin qəzalı vəziyyətdə olan orta məktəbin Aşağı Tala kəndində 2014 ildə zəlzələ nəticəsində qəzalı vəziyyətə düşən və Fövqaladə Hallar Nazirliyinin quraşdırdıgı sıgınacaqda yerləşdirilən uşaq bağçasının inşası, kəndlərimizin qazlaşdırılması) məsələlərinin həlli istiqamətində müsbət nəticələr əldə olunacaq”.


Asif Əsgərov vurğulayıb ki, aparılan islahatlar həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində dövlət büdcəmiz gələcək illərdə iqtisadi inkişafın əsas dayağı olacaq, ölkəmizin sosial rifahına sabitliyinə mühüm töhfələr verəcəkdir:


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki