23 avqust 1991-ci ildə Sov.İKP-nin fəaliyyəti dayandırıldı, əmlakı müsadirə edildi, partiya təşkilatlarının binaları möhürləndi.
Partiya 6 noyabr 1991-ci ildə RSFSR Prezidenti Boris Yeltsinin fərmanı ilə Rusiyada qadağan edildi. Sov.İKP-nin qadağan olunmasının ertəsi günü İşçi Rusiya Hərəkatı, 23 noyabrda Rusiya Kommunist Fəhlə Partiyası, 14 dekabrda Rusiya Kommunistlər Partiyası yarandı.
Boris Yeltsin və yeni Rusiya bayrağı.
13 iyun 1992-ci ildə Konstitusiya Məhkəməsinin icazəsi ilə özünü Sov.İKP MK-nın plenumu kimi təşkil edən Mərkəzi Komitənin üzvlərinin iclası keçirildi. Keçmiş Mərkəzi Komitənin 400-dən çox üzvündən 46-sı bu iclasda iştirak edirdi.İclas Mixail Qorbaçovu Sov.İKP sıralarından xaric etdi, Siyasi Büronun fəaliyyətini dayandırdı və Ümumittifaq Partiya Konfransının çağırılmasına qərar verdi.
10 oktyabr 1992-ci ildə Moskvada Sov.İKP-nin XX Ümumittifaq Konfransı keçirildi . Konfransda yeni Partiya Proqramı və Nizamnaməsinin layihələri nəzərdən keçirildi və Partiyanın XXIX Qurultayının hazırlanmasına qərar verildi.
30 Noyabr 1992-ci il tarixində Rusiya Federasiyası Konstitusiya Məhkəməsi, ərazi zəminində qurulan Kommunist Partiyasının ilkin təşkilatlarının fəaliyyətinə qoyulan qadağanı Rusiya Konstitusiyasına zidd olaraq tanıdı, ancaq rəhbər strukturların ləğv edilməsini təmin etdi.
26 mart 1993-cü ildə Moskvada Sov.İKP-nin XXIX Qurultayı keçirildi, partiyanın Kommunist Partiyalar Birliyinə çevrilməsinə qərar verildi. Onlardan Rusiya Federasiyası Kommunist Partiyası (RSFSR Kommunist Partiyası tərəfindən yenidən yaradıldı). Eyni zamanda, hakimiyyət tərəfindən qadağan edilmiş Sov.İKP Mərkəzi Komitəsi, Kommunist Partiyalar Birliyi-Sov.İKP Şurası ilə əvəz olundu.
Bundan əlavə, 90-cı illərin əvvəllərindən bəri özlərini Sov.İKP-nin varisi elan edən və ya köhnə adını qoruyan və ya partiyaya Sov.İKP qısaldılmış yeni bir ad verən yeni partiyalar meydana çıxdı.
Azərbaycan Dövlət Pedaqoji Universiteti. Nəsibli Nübar