image-reklam-veteninfo
image-img_1785backend

“SPM: Social Project Master” proqramı çərçivəsində ilk görüş keçirilib

image-reklam-veteninfo

Gənclərin Həmrəyliyi İctimai Birliyi tərəfindən “SPM: Social Project Master” proqramına start verilib. Proqram gənclərin layihə və tədbirlərin idarə edilməsi sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsinə, eləcə də mütəxəssislərlə təcrübə mübadiləsi imkanlarının genişləndirilməsinə yönəlib.

Proqram çərçivəsində ilk görüş Facemark şirkətinin layihə rəhbəri Xədicə Cəbrayılova ilə keçirilib. Görüş zamanı iştirakçılar tədbirlərin təşkili prosesində risklərin idarə olunması, mümkün fors-major hallara hazırlıq və belə vəziyyətlərdə nəzərə alınmalı vacib məqamlar barədə məlumat əldə ediblər. Həmçinin gənclər onları maraqlandıran sualları ünvanlamaq imkanı qazanıblar.

“SPM: Social Project Master” proqramı çərçivəsində keçiriləcək növbəti görüşlərdə də gənclərin layihə və tədbir idarəçiliyi sahəsində maarifləndirilməsi, praktiki biliklərinin artırılması və peşəkar inkişafının dəstəklənməsi nəzərdə tutulur.

Proqram çərçivəsində keçiriləcək növbəti tədbirlər haqqında məlumat əldə etmək üçün gənclər Gənclərin Həmrəyliyi İctimai Birliyinin sosial şəbəkə hesablarını izləyə bilərlər.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki