11 dekabr 2025-ci il tarixində “Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyi-nin sədri Azər Məmmədov “SSR QHT-lərinin rüblük görüşü” adlı tədbirdə iştirak edib. QHT-lər autriç, İİV testləndirilməsi və zərərin azaldılması üzrə fəaliyyətlərini təqdim ediblər. Tender prosesləri, hüquqi xidmətlər, monitorinq və PEP xidmətlərinə vaxtında çıxış məsələləri nəzərdən keçirilib.
“Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyi İİV və vərəm sahəsində icma əsaslı xidmətlərin əlçatanlığının, keyfiyyətinin və dayanıqlılığının gücləndirilməsinə yönələn əməkdaşlığı və dialoqu dəstəkləməyə davam edir.


























