image-624e7244707d1624e7244707d2164930822854352bc0d3db4b1850a57ac75409213bbackend

Suraxanıda ağacların kəsilməsi faktı ilə bağlı araşdırma aparılır

image-reklam_sirab_01

Bakının Suraxanı rayonunda ağacların kəsilməsi faktı aşkar edilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən xəbərə görə, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, Suraxanı rayonu, Abbas Fətullayev küçəsində ağacların kəsilməsi faktı aşkar edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ağacların sözügedən ərazidə tikinti işləri aparan “Liman FFD” MMC tərəfindən kəsildiyi və təbiətə 3600 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.

“Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki