image-0607f799-df08-4812-b6ae-87422b09f179backend

Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayıdır

image-reklam_sirab_01

“Dünya Azərbaycanlılarının V Qurultayı”nın Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilməsi heç də təsadüfi deyildir. 30 ilə yaxın bir müddətdə düşmən tapdağı altında qalan qədim Şuşa 2020-ci il 27 sentyabrda başlayan Vətən Müharibəsində Azərbaycanın qəhrəman oğullarının qanı-canı bahasına, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik, düşünülmüş, uzaqgörən siyasəti və Azərbaycan xalqının birliyi sayəsində mənfur düşməndən azad olundu. Azərbaycan xalqı 30 il davam edən mənasız danışıqlar əvəzinə öz gücünü ortaya qoydu, ədaləti, beynəlxalq hüququ bərpa etdi. Bütün dünyaya sübut etdi ki, biz böyük xalqıq və Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində deyil. Azərbaycan ordusunun bu möhtəşəm qələbəsi  Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldı.

“Zəfər Qrultayının”  Şüşada keçirilməsi  bu şəhərin 50 milyonluq Azərbaycan xalqı üçün mənəvi dəyərinin nə qədər yüksək olduğunu göstərir. Eyni zamanda dünyaya Süşanın, Qarabağın qədim Azərbaycan torpaqları olduğunu və bu torpaqların əzəli və əbədi sahiblərinin öz yurd yerlərinə yenidən və həmişəlik qayıtdıqlarını nümayiş etdirir. Qrultayda dünyanın 65 ölkəsindən 400-ə yaxın nümayəndə iştirak etdi.

Prezident İlham Əliyev Qurultayın işində iştirak edərək geniş nitq söylədi. Ölkə başçısı Dünya Azərbaycanlılarının həmrəyliyinin  Qələbə ilə yekunlaşdığını, həm Azərbaycanda yaşayan Azərbaycan vətəndaşlarının, həm də dünya azərbaycanlılarının bir nöqtəyə vururduğunu, bir hədəfə çatmaq üçün çalışdığını bildirərək, hər birimizin hər gün öz əməyimizlə, işimizlə, hərə öz yerində bu Qələbə gününü yaxınlaşdırdıqını diqqətə çatdırdı. Daha sonra Prezident  xaricdə yaşayan milyonlarla azərbaycanlının  hər brinin yaşadığı ölkələrdə  müharibənin gedişatını yaxından izlədyini, eyni zamanda, öz çıxışlarında, şərhlərində, sosial şəbəkələrdə və digər imkanlardan istifadə edərək, Azərbaycanın haqq səsini, haqq işini yaşadıqları  ölkələrin ictimaiyyətinə çatdırdığını qeyd etdi. İnformasiya təxribatlarının  davam etdiyini bildirən cənab Prezident  müharibə başa çatsa da, bizə qarşı olan ərazi iddialarının  hələ ki, başa çatmadığını, lakin  postmüharibə dövründə göstərilən səylər nəticəsində Ermənistanın və dünya erməniliyinin Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılacağını bildirdi.

Prezident İlham Əliyev çıxışında bütün ağrılı məqamlara baxmayaraq, işğala baxmayaraq bölgənin gələcəyi naminə Azərbaycanın  sülh gündəliyini təqdim etdiyini, bundan sonra Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması məsələsinin gündəlikdə olduğunu, Azərbaycanın  konkret olaraq beş prinsipdən ibarət təklif irəli sürdüyünü  və Ermənistanın  bu beş prinsipi qəbul etdiyini bildirdi.  Ermənistan rəhbərliyinin   Azərbaycanın ərazi bütövlüyünü tanıdığını  və Azərbaycana hər hansı bir ərazi iddiası yoxdur və gələcəkdə də olmayacağını diqqətə çatdırdı.

Daha sonra Prezident İlham Əliyev qeyd etdi ki, hər birimiz – həm Azərbaycan hökuməti, həm səfirliklər, diaspor təşkilatları, bütün fəallar yeni reallıqları dünya ictimaiyyətinə çatdırmalıdırlar.

 

Könül Əfəndiyeva – YAP üzvü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki