Tezliklə AzTV-də yayımlanacaq “Tarixin Divanı: Qanlı Miras” sənədli serialı tamaşaçıları Azərbaycan tarixinin təlatümlü dövrlərinə aparacaq.
5 seriyadan ibarət televiziya layihəsi əsrlər boyu yaşanmış faciələrin, parçalanmış torpaqların və xalq yaddaşına köçən qəhrəmanların izini süjet xəttinə çevirir.
Serialda iddia və ittihamların kölgəsində qalmış tarixi həqiqətlər araşdırılır, pərakəndəlikdən doğan itkilərin bərpası yolunda keçilən mərhələlər öz əksini tapacaq.
“Tarixin Divanı: Qanlı Miras” həm də milli yaddaşın qorunması və gənc nəslə ötürülməsi məqsədini daşıyır.
Serialın anonsunu linkə keçid edərək izləyə bilərsiniz:



























