image-emin66backend

Təhsil nazirinə müraciət: Bu məktəbin əsaslı təmirə ehtiyacı var – FOTO

image-reklam_sirab_01

“Ağstafanın Poylu kəndində orta məktəbin əsaslı təmirə ehtiyacı var”.

Veteninfo.az-ın xəbərinə görə, bu barədə jurnalist İsmayıl Nəsibli sosial şəbəkədə paylaşım edib.

O, paylaşımında təhsil naziri Emin Əmrullayevə müraciət edib: “Bu fotonu yenidən paylaşıram ki, bəlkə Təhsil Nazirliyindən kimsə görə. Bəlkə də nazirə göstərərlər, bu barədə ona çatdırarlar. Yazıram, biləsiz ki, Ağstafa rayonunun Poylu kəndində 1977-ci ildə tikilən təhsil ocağının indi əsaslı təmirə ehtiyacı var. Hələ bu məktəbin içərisini görəsiz… Allah məktəbimizdə təhsil alan balalarımızı qorusun! Ağstafa Rayon İcra Hakimiyyətinin (RİH) keçmiş icra başçısı, hazırda Goranboy RİH rəhbəri Məhərrəm Quliyevin dövründə sökülən və məhv edilən Poylu kənd bağçası barədə də paylaşacam…”

 Fotoları təqdim edirik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki