image-reklam-veteninfo
image-f8753585-dba6-4cd2-bfbc-e379d8dd9936backend

Tərbiyə nağıldan başlayır

image-reklam-veteninfo

Qadın Uşaqların Problemlərinin Araşdırılmasıİctimai Birliyi Tərbiyə nağıldan başlayır adlınağıllar taoplusundan ibarət kitabça hazırlayıb

Azərbaycan Respublikasının QeyriHökumətTəşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyiilə Qadın Uşaqların Problemlərinin Araşdırılmasıİctimai Birliyi tərəfindən hazırlanmışTərbiyə nağıldanbaşlayıradlı uşaqlar üçün nağıllar toplusundan ibarətkitabça hazırlanaraq çap edilmişdir. Layihənin rəhbəriFəlsəfə üzrə fəlsəfə doktoru Vəsilə Möhsümova , kitabıntərtibatçısı AYB- nin üzvü, Prezident Təqaüdçüsü Sevinc Yunusludur. Kitabın üz qabığı rəssam Şəlalə Məmmədəməxsusdur. Kitabda Çağdaş Azərbaycan Ədəbiyyatının birçox dəyərli müəlliflərinin; Elçin Hüseynbəylinin, Sevinc Nuruqızının, Qəşəm Nəcəfzadənin, Naringül Nadirin, ŞəfaVəlinin, Ülviyyə Niyazqızının, Əfsanə Laçının nağılları, hekayələri şeirləri yer alıb.

Layihə çərçivəsində ilk tədbir Abşerob rayonu, Hökməliqəsəbəsində yerləşən Təkamül körpələr eviuşaqbağçasında keçirildi. Valideyn uşaqların aktiv iştiraketdiyi tədbiri giriş sözü ilə açan layihə rəhbəri VəsiləMöhsümova belə maraqlı, sosial yönümlü bir layihəyədəstək verdiyi üçün Azərbaycan Respublikasının QeyriHökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinətəşəkkürünü bildirdi. Sonra qeyd etdi ki, müasir dövrdəkompüter telefonlarla smartlaşmış nəslin yetişməsigələcəkdə öz mənfi təsirlərini verəcəkdir. Odur ki, uşaqların tərbiyəsində kitabların, xüsusilə nağılkitablarının rolu böyükdür. Sonra layihənin eksperti Arzu Hüseyn bildirdi ki, Qadın Uşaqların ProblemlərininAraşdırılması İctimai Birliyi daima maraqlı layihələr edir. Ekspert çıxışında bildirdi ki, nağıllar insan mədəniyyətininən qədim dəyərli irs nümunələrindən biridir. Onlarxalqın mənəvi dünyasını, düşüncə tərzini, əxlaq ədalətanlayışlarını nəsildən-nəslə ötürən mühüm vasitə kimiformalaşmışdır. Xüsusilə uşaqların tərbiyəsində nağılkitablarının rolu əvəzolunmazdır. Nağıllar vasitəsilə uşaqhəm dünyanı tanımağı, həm yaxşı ilə pisi, doğru iləyanlışı ayırmağı öyrənir. Kitabın tərtibatçısı, gənc şairSevinc Yunuslu çıxışında bildirdi ki, nağıllarımız milli- mənəvi dəyərimizdir. Layihənin məqsədi son dövrlərkəskin şəkildə sanal dünyaya bağlanan, telefon, kompüteraludəçiliyinə doğru gedən, nağıllarımızdan uzaqlaşanbalalarımızı yenidən nağıllarımıza, kitablara qaytarmaqdır.

Daha sonra tədbir valideyn uşaqların maraqlı çıxışları, sualları ilə davam etdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki