image-reklam-veteninfo
image-1backend

Trampın Kiyevlə bağlı gizli planı var

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, bu həftə ABŞ Prezidenti Donald Tramp Ukraynaya sülh gətirmək üçün 28 bəndlik planı təsdiqləyib. NBC News-un məlumatına görə, ABŞ administrasiyasının yüksək rütbəli rəsmiləri bir neçə həftədir ki, bu sənəd üzərində gizli şəkildə işləyirlər.

“Prezident Tramp Rusiya və Ukrayna arasında sülh planını təsdiqləyib”, – nəşr yazır. Mənbənin bildirdiyinə görə, planın hazırlanmasında ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff, ABŞ vitse-prezidenti C.D. Vens, Dövlət katibi Marko Rubio və Prezidentin kürəkəni Cared Kuşner iştirak ediblər.

Məsləhətləşmələrə Rusiyanın Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev və Ukraynadan olan nümayəndələr də daxil olub. ABŞ-ın yüksək rütbəli rəsmisi NBC News-a bildirib ki, bu plan hər iki tərəf üçün təhlükəsizlik təminatları verəcək və Ukraynanın sülhün əldə olunmasında maraqlarını nəzərə alacaq. Üç ABŞ rəsmisi bildirib ki, Ukrayna tərəfi hələlik sülh sazişinin şərtləri ilə tanış deyil.

Amerika nümayəndə heyəti çərşənbə günü səhər Kiyevə gəlib. “Politico”nun məlumatına görə, Ağ Ev Ukraynadakı münaqişəyə son qoymaq üçün çərçivə sazişini bu həftənin əvvəlində dərc edə bilər. Bu plan Ukrayna Silahlı Qüvvələrinin sayının iki dəfə azaldılmasını, Kiyevin müəyyən silah növlərini tərk etməsini, Ukrayna qoşunlarının Donbassdan çıxarılmasını və s. nəzərdə tutur. ABŞ administrasiyası hesab edir ki, Volodimir Zelenski cəbhədəki əlverişsiz vəziyyətə görə təklif olunan şərtləri qəbul etmək məcburiyyətində qalacaq. Lakin Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bu məlumatı təkzib edərək qeyd edib ki, hazırda danışıqlarda “heç bir yenilik” yoxdur, MK.RU xəbər verir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki