image-62469f03b915c62469f03b915d164879539562469f03b915a62469f03b915bbackend

“TURKOVAC”ın Azərbaycandakı sınaqları 15 ay davam edəcək

image-reklam_sirab_01

“Türkiyənin koronavirusa qarşı yerli vakisini olan “TURKOVAC”ın 3-cü faza sınaqlarının Azərbaycanda aparılması davam edir. Proses hazırda sənədləşmə mərhələsindədir”.

Bu barədə Bakı Sağlamlıq Mərkəzindən bildirilib. Qeyd edilib ki, bu sınaqlar uzunmüddətli olacaq:

“Sınaqlar 15 ay ərzində davam edəcək. Hazırda bu vaksini vurdurmaq üçün könüllü müraciət edən yoxdur”.

Qeyd edək ki, Azərbaycanda “TURKOVAC”-ın 3-cü faza kliniki sınaqları ilə bağlı martın 9-da Türk Sağlamlıq İnstitutlarının prezidenti Erhan Akdoğanla (TÜSEB) Bakı Sağlamlıq Mərkəzinin direktoru Asiman Həsənov arasında protokol imzalanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki