image-1backend

Türkün pasportu-Bozqurd işarəsi

image-reklam_sirab_01

XII əsrin məşhur mütəfəkkir-şairi, ortaq türk ədəbiyyatında ilk mütəfəkkirlərdən, türk dilində sufizm ədəbiyyatının ilk yaradıcılarından olan Əhməd Yəsəvidən soruşurlar
-Müsəlmansan?
-Əlhamdülillah, Türkəm!Müsəlmanam
-Biz dinini soruşduq, niyə Türk olduğunu deyirsən?
-Din seçim, Türk olmaq isə taledir
Bəli Türk olmaq taledir. Bir insanın milli kimliyini Tanrı seçir. Türk olmaq bir sevgidir.
Türkiyə killi komandasının futbolçusu Merih Dəmiralın Avro-2024-də, Avstriya ilə 1/8 final matçında vurduğu qola Bozqurd işarəsi ilə sevinməsi yeni müzakirələrə yol açıb. Türkiyədə MHP-çilər deyirlər ki, bu işarəni Alparslan Türkeş ilk dəfə göstərib. Azərbaycanda isə bəzi şəxslər deyirlər ki, o işarəni MHP-çilər bizdən götürüb. Əzizlərim kimsə kimsədən heç nə götürməyib. Bu Türküm simvoludur və onu Bozqır çöllərindən düz Anadoluya qədər hər jəs istifadə edib.
Qısa tarixi arayış:
Bu gün bir çox şəxslər qədim Türk inancına aid olan Bozqurd işarəsini İslam dini ilə bağlayırlar. Səbəb də göstərirlər ki, Alparslan Türkeş bunu belə izah edib. Alparslan Türkeşin Bozqurd işarəsinə verdiyi məna belədir:
* sərçə barmaq – türklük
* işarə barmağı – islamiyyət
* bozqurd işarəsinin arasında qalan məsafə – cihan
* üç barmağın birləşdiyi nöqtə – möhür
Lakin bu belə deyil və bu işarəni İslama bağlamaq əslində türklərin qədimliyin inkar etməkdir. 2000-ci illərin əvvəllərində Çinin Kansu əyalətinin Dunghuan şəhərinə yaxın Mogau mağarasında Buddist türklərə aid heykəlcik aşkar edilmişdi. Tarixçilərin fikrincə, VI əsrə aid olan bu heykəlcik bu ərazilərin qədim əhalisi olmuş türklərin hansısa bir xaqanını təsvir edirdi. Çox maraqlıdır ki, xaqan sağ əli ilə Bozqurda bənzəyən işarə tutmuşdu. Bu bir daha sübut edir ki, işarənin tarixinin İslamla bağlılığı yoxdur
Qədim türkbr qurdu “börü’’ adlandırınnışlar. Ona “bozqurd” deyilməsinin səbəbi isə “boz” rəngin ilahi məna kəsb etməsindən irəli gəlirdi. Qurd əsas müharibələrdə yol göstərən bələdçidir. Qurd burda kosmik bir məna ifadə edir. Bizim indi istifadə etdiyimiz bürclər sonradan çinlilər tərəfindən adlandırılıb. Qədim türklərin bürc və təqvim sistemi tamam başqa cürə olub. 19 fevral – 20 mart – Qurd ayı olub. Qeyd edim ki, Qədim türklərdən sonra bu adlar müxtəlif Türk dövlətlərində təvqimlərində dəyişməli olub. Uyğur, Səlcuq, Səfəvi, Osmanlılarda tamam başqa adlarla bürclər adlanıb. Türklərə öz yurdlarına qayıtmaq üçün bələdçilik edən də göydəki qurddur – Qurd bürcüdür. Belə ki, qədim türklər səmada qurd bürcünü istiqamət tutaraq hərəkət etmişlər. Sonradan bürclərin adı dəyişildi və bu adlar digərləri ilə əvəz olundu.
Məlumat üçün bildirim ki, günü bunun özündə də hər il Novruz bayramı axşamlarında uyğur türkləri ürəklərində niyyət edib, sol əllərində yanmış şam tutaraq sağ əlləri ilə Bozqurda oxşayan işarəni tuturlar. Türklər niyə məhz Qurdu özlərinə simvol seçiblər. Çünki Türkdə və Qurdun davarnış və genetik kodlarında oxşarılıq çoxdur, TÖRƏ-oxşarlığı var:
• Bozqurd azadlığına düşkündür. Bozqurd əsarəti qəbul etməyən bir varlıqdır.
• Bir bozqurd yalnız yeyəcəyi qədərində ovlar və balası olan bir heyvana saldırmazlar. Bozqurd leş əti yeməz. Öz ovunu özü ovlar. Başqa heyvanların ovladığı leşi yeməz.
• Bozqurdlar yoldaşlarını qısqanarlar. Bozqurd dişisi əsla bir qara qurdla cütləşməz.
• Bozqurd həyatında tək yoldaş seçir. Həyat yoldaşı ölmədən başqası ilə birlikdə olmaz.
• Bozqurd sürüsündən ayrılan bir erkək bozqurd qarşılaşdığı bir qara qurd sürüsünə girər və girdiyi sürünün liderliyini əlinə alar.
• Bozqurdların bir lideri var və o liderin əmrindən çıxmaz.
• Qarda gedən 40 fərdilik bir sürünü təqib edən biri yalnız 5-6 ayaq izi görə bilər. Çünki sürü qabaqda gedən lider Bozqurdun ayaq izlərinə basaraq irəliləyər. Bozqurd plansız iş etməz
• Bozqurdlarda bir balanın anası həm də atası ölsə belə bala həyatda qalar.. Digər sürü üzvləri balanı övladlığa götürər və öz balaları kimi böyüdərlər
Qədim türklərin Qərbdən Şərqə, daha sonra Şərqdən qərbə köçü zamanı bəzi tayfalar oturaq həyatı seçirdilər. Bu oturaq həyatı keçirən tayfalar zamanla böydükcə və gücləndikcə onların sərhədləri bir-birinə daha yaxın olurdu. Buna görə qədim türk tayfaları döyüşdə, ovda və digər yerlərdə rastlaşanda kimliyini bildirmək üçün Bozqurd işarəsin barmaqları ilə tuturdular və onlar bu işarədən “Mən Türkəm” mənasında istifadə edirdilər.
Min illər bundan əvvəl türklər əlləri ilə “bozqurd işarəsi” göstərərək, kimliklərini bildirirdilər.
Türk dünyasına düşmən olanlar yanlış fikir yaratmaq istəyirlər ki, “Bozqurd” işarəsi türk irqçilərinin işarəsidir və onu simvolizə edir. İranda da bu işarə çoxlarını narahat etməyə başlayıb. Belə ki, İranda dərslikdə “Bozqurd” işarəsini radikal pantürkizm ideologiyasının simvolu kimi göstərən mətn salınıb. Sözügedən mətn orta məktəbin “İctimai kimlik” kitabının 8-ci dərsində dərc olunub. Təhsil Nazirliyi tərəfindən hazırlanan dərslikdə qeyd olunub ki, “Bozqurd Türkiyədə aşırı millətçiliyin simvoludur. İslam dünyasında pantürkizm və panərəbizm ideologiyaları, pangermanizm və panislamizmə oxşar ideyalar daşıyır. Bu ideyalar islama uyğun deyil”.
Amma bu yanlış və qərəzli bir uydurmadır. Tarix boyu türklərdə irqçilik olmayıb. Bu gün Bozqırdan Anadoluya kimi böyük bir ərazidə yaşayan türklər bu işarəni “Turan həmrəyliyi”nin simgəsi kimi qəbul edirlər.
Türkün pasportudur bu işarə.
Zaur Əliyev, dosent
FOTOLAR
1) Türkiyə killi komandasının futbolçusu Merih Dəmiral
2) Firdovsinin “Şahnamə” əsərində Bozqurd işarəsi göstərən Türk qızı minatürü
3) Pakistan hərbi hava qüvvələrinin pilotu Türk salamı, Bozqurd işarəsi göstərir
4) Aprel şəhidi Əbdülməcid Nadirşah oğlu Axundovun ölümündən bir neçə saat əvvəlki fotosu
5) Çin’in Kansu ‘əyalətinin Dunhuang kəndində tapılan və yaşı 4-6 əsrə aid olan daş abidə
6) Çavuşoğlu ermənilərə “Bozqurd” işarəsi ilə cavab verir


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki