image-62319862a57b762319862a57b8164741744044b3d601e0c4c9e3751fed77058051e0backend

Ukraynada öldürülən bir ailənin dörd üzvü Göygöldə dəfn edilib – FOTO

image-reklam_sirab_01

Fevralın 27-də Ukraynadan Moldovaya keçmək istəyən zaman naməlum silahlı dəstə tərəfindən qətlə yetirilən Azərbaycan vətəndaşları – bir ailənin 4 üzvü Göygöldə dəfn edilib.

Veteninfo.az-ın xəbərinə görə, qətlə yetirilən şəxslər Göygöl rayonunda, Murovdağ qəbiristanlığında torpağa tapşırılıb.

Xatırladaq ki, fevralın 27-də Ukraynanın Odessa vilayətindən Moldova istiqamətinə avtomobillərlə keçmək istəyən 40 nəfərdən artıq azərbaycanlı Kuçurqan sərhəd keçid məntəqəsində naməlum şəxslərin silahlı hücumuna məruz qalıb.

Nəticədə yaralanan İsmayılov Rəhim Əli oğlu, onun oğlu Azər İsmayılov, qardaşı Nemət İsmayılov hadisə yerində ölüb.

Rəhim İsmayılovun bacısı oğlu 25 yaşlı Camal Salmanov isə xəstəxanada dünyasını dəyişib.

Əslən Kəlbəcər rayonundan olan ailə Gəncə şəhərində məskunlaşıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki