Ukraynada mikroavtobus, yanacaq daşıyan maşın və sərnişin avtobusunun iştirakı ilə baş verən qəzada ölənlərin sayı 27-ə çatıb.
Bu barədə daxili işlər nazirinin müşaviri Anton Geraşenko açıqlama verib.
“Avtobusda olan 38 sərnişindən yalnız 12-si sağ qalıb. Yanacaq çəninin sürücüsü sağ qalıb, lakin vəziyyəti ağırdır. 27-ci qurban “Mercedes Vito” mikroavtobusunun sürücüsüdür”,- deyə o, “Telegram” kanalında yazıb.
İlkin məlumatlara görə, hadisəyə mikroavtobusun sürücüsü səbəb olub.
***
03.05.2022
Saat 23:27
***
Ukraynanın Rivne bölgəsində sərnişin avtobusu, minik avtomobili və yanacaq daşıyan maşını toqquşub.
Hadisə 16 nəfər ölüb, daha on nəfər yaralanıb.
Hadisə Dubenski rayonunun Sıtnoye kəndi yaxınlığında baş verib.
Hadisə Kiyev-Çop magistralında avtomobillərin hərəkətinin tamamilə dayanmasına səbəb olub.
Qəza ilə bağlı araşdırma aparılır.