image-download-2backend

  Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra…

image-reklam_sirab_01

 

Gələcək naminə tarixi həqiqətləri bilməli və saxta tarixin girovuna çevrilməməliyik.

Böyük dövlətlərin kölgəsində sığınaraq, xaricdən dəstək alan xain qonşumuz olan Ermənistan hər zaman xalqımıza qarşı iyrənc planlar həyata keçirib. Etnik təmizləmələrlə, soyqırımlarla soydaşlarımıza qarşı dəhşətli terrorlar keçiriblər. Xalqımızın qonaqpərvərliyindən və etibarından istifadə edərək kəndlərimizi, şəhərlərimizi talayıb, dinc əhaliyə divan tutublar. Erməni separatçıları Azərbaycanın tarixi torpaqlarını zəbt edərək orada özlərinə qondarma dövlət qurmaq iddiası ilə yaşayıblar. Dünyanın başqa ölkələrində yaşayan etnik erməniləri məcburi şəkildə bu torpaqlara yığaraq öz planlarını həyata keçiriblər.

Əlbəttə ki Azərbaycan xalqı bu xəyanətlərə ilə heç cür barışa bilmirdi. Hər bir insident zamanı yüzlərlə igid oğullarımız şəhid olurdu. Minlərlə soydaşlarımız öz dədə-baba torpaqlarından qovulurdu.

1905, 1918-ci illərdə Bakıda və Azərbaycanın başqa bölgələrində baş vermiş qırğınlar həmin dövrün mətbuat işçiləri tərəfindən beynəlxalq ictimaiyyətə çatdırılsa da, nədənsə bu tarixi sənədlər, foto şəkillər arxivlərdə gizlədilir və ya məhv edilirdi.

Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan həqiqətləri Beynəlxalq ictimaiyyətə yenidən təqdim olundu. Dünya ölkələri Azərbaycanın müstəqilliyini tanıdı. Ən böyük dövlətlər Azərbaycan ilə əməkdaşlıq etdilər. Müxtəlif böyük layihələr və müqavilələr imzaladılar. Azərbaycan regionun ən inkişaf etmiş ölkələrindən birinə çevrildi.

Azərbaycana investisiya qoyan xarici dövlətlərin mətbuat işçiləri ölkəmizə dəvət olunurdu. Vətənimizdə gedən iqtisadi inkişaf və quruculuq işləri beynəlxalq mətbuata təqdim olunurdu.

Torpağını, tarixini, adət və ənənəsini sevən Ulu Öndər Heydər Əliyev getdiyi hər bir ölkədə, hər bir işgüzar səfərdə Azərbaycan həqiqətlərindən danışırdı. Tariximizin qaranlıq səhifələrini öz uzaqgörən siyasəti ilə işıqlandırırdı.

Ümummilli Lider Heydər Əliyev siyasətinin layiqli davamçısı dövlət başçımız eynilə onun kimi, iştirak etdiyi Beynəlxalq sammitlərdə Azərbaycan haqqında çox dərin və dolğun fikirlər səsləndirir. Dünya dövlətlərini Azərbaycanın haqq işinə dəstək olmağa çağırır.

Dağlıq Qarabağda və ətraf rayonlarda baş verən hadisələr, ermənilərin xain əməlləri, mülkü əhaliyə qarşı edilən terror hadisələri dünya ictimaiyyətinə çatdırılır.

44 günlük Vətən müharibəsi zamanı Şanlı Azərbaycan Ordusunun uğurlu əməliyyatlarını Beynəlxalq ictimaiyyətə çatdıran cənab İlham Əliyev  çoxmilyonlu Azərbaycan xalqının inam və etibarını qazandı. Tarixi mənbələrə istinad edərək milli və mədəni dəyərlərimizi xüsusi sevgi və hörmət hissi ilə Beynəlxalq ictimaiyyətə çatdırırdı. Xarici telekanallara, müxtəlif xəbər agentliklərinə verdiyi müsahibələrində ifadə olunan aydın məntiq, sərrast cavabları ilə yüksək peşəkarlıq və intellektual qabiliyyəti ilə dünyaya səs salan Dövlət Başçımız böyük qələbə sevincini özünəməxsus ruh yüksəkliyi ilə xalqa çatdırdı. Vətən müharibəsində müzəffər ordumuz tərəfindən işğaldan azad edilən kənd və şəhərlərin adını qeyd edərək qələbə münasibəti ilə xalqı təbrik edirdi. Bu həm orduda, həm də xalqda böyük ruh yüksəkliyi yaradırdı.

Bundan başqa, İlham Əliyev Vətən müharibəsindəki tarixi zəfəri Ermənistan Respublikasının Baş Nazirini mat vəziyyətinə salmışdır. Ermənistan rəhbərliyi və erməni xalqı bu böyük qələbə ilə razılaşa bilməsələr də, buna məcbur oldular. Beləliklə, uzaqgörən Ali Baş Komandan öz müzəffər ordusu ilə həm Hərb meydanında, həm də masada düşməni məğlub etdi. Azərbaycanın ərazi bütövlüyü bərpa edildi.

 

Bakı Slavyan Universiteti

Zəhra Haqverdiyeva Nemət qızı.

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image