image-5-eminin-kitabibackend

Vətən müharibəsi şəhdi Emin Əmrahova həsr olunmuş “Eminin şəhidlik zirvəsi” adlı kitabın təqdimat mərasimi keçirilib-AĞSTAFADA

image-reklam_sirab_01

Ağstafanın Qırılı kəndindən olan Vətən müharibəsi şəhdimiz Emin Əvəz oğlu Əmrahovun xatirəsinə həsr olunmuş “Eminin şəhidlik zirvəsi” adlı kitabın təqdimat mərasimi keçirilib.

Ağstafa rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə RİH başçısı Seymur Orucov, rayonun məsul şəxsləri, kitabın müəllifi Mətanət İmamquliyeva, Emin Əmrahovun və digər ağstafalı Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Öncə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himnimiz səsləndirilib.

Tədbirdə Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, 44 günlük Vətən müharibəsində Xocavənd rayonunun azadlığı uğrunda qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış Emin Əmrahovun keçdiyi mənalı ömür və şərəfli döyüş yollarından geniş bəhs olunub. Çıxış edənlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun Vətən müharibəsində əldə etdiyi tarixi Qələbədən, ölkəmizdə şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərilən yüksək dövlət qayğısından söz açıblar.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki